”İranda 3 gənc milli geyimə görə saxlanılıb, təzyiqə məruz qalıb”

Ettelaat əməkdaşlarının şəxslərin əşyalarını ayaqlar altına atdığı deyilir

Source:
foto gunaz.tv.az
foto gunaz.tv.az


Ettelaat əməkdaşlarının şəxslərin əşyalarını ayaqlar altına atdığı deyilir

İranın Əhər şəhərində 3 gənc bəluç milli geyimlərindən istifadə etdiklərinə görə Ettelaat əməkdaşları tərəfindən döyülərək saxlanılıb. Bu barədə məlumatı “

GünAz.TV

” yayıb .

“Bəluç fəallarının kampaniyası”-na istinadən verilən məlumatda deyilir ki, sentyabrın 2-də baş verən hadisədə İranşəhrdən olan Sabir Rəhmani, Milad Şirvani və Məhəmməd Moid Şirvani dövlət nömrə nişanı Bəluçistana məxsus olan avtomobillə Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.

“Şahidlərin dediyinə görə, Ettelaat əməkdaşları bəluç geyimi və avtomobillərinin dövlət nömrə nişanına görə adıçəkilən şəxslərdən şübhələnib. Ettelaat əməkdaşları həmin şəxslərin çantalarını təhqiramiz şəkildə yoxlayaraq onların şəxsi əşyalarını ayaqlar altına atıblar. Çantalarda heç bir qadağan olunmuş əşya tapa bilməyən məmurlar bəluçları milli geyimdən istifadə etdiklərinə görə döyərək Ettelaat İdarəsinə aparıblar.

Gənclər yaxalanarkən “biz bəluçuq, bəluç geyimi bizim kimliyimizdir” deyə məmurlara səsləniblər”, – məlumatda qeyd olunur.

Bildirilir ki, yerli əhalinin etirazı ilə qarşılanan Ettelaat İdarəsi sözügedən bəluç gənclərini bir neçə saat saxladıqdan sonra sərbəst buraxıb.

İranın cənub-şərqində yerləşən Bəluçistan ölkənin ən yoxsul əyalətlərindən biridir. Sünni məzhəbinə mənsub olan bəluçların özünəməxsus dili var. Onlar dil və məzhəb fərqinə görə davamlı olaraq İran rejiminin ayrı-seçkilik siyasəti ilə üzləşdiklərini deyirlər.

Ana səhifəXəbərlər”İranda 3 gənc milli geyimə görə saxlanılıb, təzyiqə məruz qalıb”