İran Zağari-Ratklifin müvəqqəti azadlığının vaxtnı uzadıb

Layihə rəhbəri mayın 20-dək azadlıqda olacaq

Source: Foto: arxiv


Layihə rəhbəri mayın 20-dək azadlıqda olacaq

İranın məhkəməsi Britaniya-İran əsilli yardım işçisi Nazanin Zağari-Ratklifin (Zaghari-Ratcliffe) həbsdən müvəqqəti azad edilməsini bir ay daha uzadıb, – “Reuters” xəbər verir.

Mart ayının ortalarında 40 yaşlı Zağari-Ratklif minlərlə digər məhbusla birlikdə iki həftə müddətinə Tehranın Evin həbsxanasından azad edilmişdi.

“Zağarinin icazəsi aprelin 18-dək davam etməliydi. Lakin bu müddət mayın 20-dək uzadılıb”, – onun vəkil Mahmud Behzadirad dövlət xəbər agentliyi IRNA-ya deyib.

2016-cı ilin aprel ayında “Thomson Reuters” Fondunun layihə rəhbəri Zağari-Ratklif ailə ziyarətindən sonra qızı ilə birlikdə İngiltərəyə geri dönərkən Tehran hava limanında həbs edilib.

İranın dini quruluşunu devirmək planında ittiham olunduqdan sonra ona 5 il həbs cəzası verilib.

Onun ailəsi və media firması “Thomson Reuters” -dən müstəqil fəaliyyət göstərən fond ittihamları rədd edir.

Martın 17-də İran koronavirus epidemiyasına görə 85 minə yaxın məhbusu, o cümlədən siyasi məhbusları müvəqqəti azadlığa buraxıb.

Ana səhifəDünyaİran Zağari-Ratklifin müvəqqəti azadlığının vaxtnı uzadıb