Müdafiə naziri Əmir Hatami

Mənbə: google.az

Başlıq: Müdafiə naziri Əmir Hatami

İran yeni ballistik raketləri nümayiş etdirib

Silahlar “Süleymani” və “Əbu Mehdi” adlandırılıb

İran cümə axşamı iki yeni ballistik raket nümayiş etdirib,- “Reuters” xəbər verir.

Müdafiə naziri Əmir Hatami raketlərdən birinin Qasım Süleymaninin (Qassem Soleimani) adını daşıdığını və 1400 kilometri hədəflədiyini bildirib. Digəri isə “Əbu Mehdi” adlandırılıb.

Silahlar dövlət televiziyasında görüntülənib və onlar haqda “İranın dayanıqlılıq gücünü daha da artıracaq” ifadəsi işlədilib,- “Reuters” bildirib.

İranın Qüds Qüvvələrinin rəhbəri Süleymani və İraq milis komandiri Əbu Mehdi əl-Muhandis, yanvar ayında ABŞ-ın Bağdad hava limanına zərbəsi zamanı öldürülüb.

“Raketlər bizim üçün çox vacibdir ... İki ildən az müddətdə 300-dən 1000-ə qədər məsafə aralığını artırmağımız böyük bir müvəffəqiyyətdir”,- İran Prezidenti Həsən Ruhani deyib.

“Hərbi gücümüz və mərmi proqramlarımız müdafiə xarakterlidir”,- o vurğulayıb.

Vaşinqton bir müddətdir ABŞ-ın İrana qarşı tətbiq etdiyi silah embarqosunu genişləndirməyə çalışır.

Prezident Donald Tramp ABŞ-ı 2015-ci ildə İran və dünya gücləri arasında imzalanmış sazişdən çıxartdıqdan və İrana qarşı sanksiyaları tətbiq etdikdən sonra Tehranla Vaşinqton arasında gərginlik yüksəlib. Bu gərginlik Süleymaninin ölümüylə daha da artıb.

Vaşinqton deyir ki, məqsədi Tehranı nüvə işinə sərt məhdudiyyətlər qoyan, ballistik raket proqramını ləğv edən və regional proksi müharibələrinə son qoyan daha geniş bir razılaşma imzalamağa məcbur etməkdir. İran sanksiyalar durduqca danışıqlara getməyi rədd edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sa27l4

Ən çox baxılan