Kayseri

Mənbə: Foto: Hurriyet.com.tr

Başlıq: Kayseri

İran vətəndaşı eyvanından ingilis bayrağını xatırladan dəsmal asdığına görə həbs olunub

Polis İran vətəndaşını maşına qonşuların alqışları altında mindirib

Türkiyədə polis bayram günü binadan üzərində ingilis bayrağı olan dəsmal asdığına görə bir nəfəri həbs edib, - “Associated Press” xəbər verir.

İran vətəndaşı olan adam çərşənbə axşamı Türkiyənin mərkəzi Kayseri şəhərində həbs edilib. Onun həbsi qonşuların şikayətindən sonra baş verib. Onlar dəsmalın ingilis bayraqlı naxışlarını eyvanlarından asılmış bayraqlarına qarşı təxribat hesab ediblər.

Polis İran vətəndaşını maşına qonşuların alqışları altında mindirib, - yerli xəbərlərdə qeyd edilir.

Kayseri valisi açıqlamasında qeyd edib ki, adam özünü müdafiə edərək məqsədinin yalnız yaş dəsmalını qurutmaq olduğunu deyib.

Türklər hər il 19 may tarixini Atatürk, Gənclik və İdman Günü olaraq qeyd edirlər. Bu münasibətlə vətəndaşlar pəncərə və eyvanlarından Türkiyə bayrağını asırlar. Bayram Birinci Dünya Müharibəsində ingilislər də daxil olmaqla işğalçı qüvvələrə qarşı Türkiyənin müstəqilliyinin başlanğıcı olaraq qeyd edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oa6hau

Ən çox baxılan