Mənbə: Meydan TV

İran uran istehsalı ilə bağlı limiti aşacağını bəyan edib

“Avropa ölkələri indi İranı ABŞ-ın sanksiyalarına qarşı müdafiə etməlidir”

Zənginləşdirilmiş uran istehsalını artıran İran 2015-ci ildə beynəlxalq nüvə razılaşması ilə təyin olunmuş limiti iyunun 27-də aşacağını bildirib, - BBC xəbər verir.

İran Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvandi deyib ki, İran uran istehsalını dördqat artırıb. Kamalvandinin sözlərinə görə, Avropa ölkələri indi İranı ABŞ-ın sanksiyalarına qarşı müdafiə etməlidir. 2015-ci ildə Tehran və dünya gücləri arasında imzalanmış beynəlxalq saziş İranın zənginləşdirilmiş uran ehtiyatını 300 kiloqramla limitləyib. Saziş həmçinin artıq istehsal edilmiş uranın ölkə xaricinə satışının dayandırılmasını tələb edir. ABŞ prezidenti Donald Tramp keçən il razılaşmadan geri çəkildiyini açıqlayıb. Avropa ölkələri İngiltərə, Fransa və Almanya anlaşmanın davam etməsi üçün bir xeyli cəhd edib.

Zənginləşdirilmiş uran reaktor yanacağı olaraq və nüvə silahların istehsalında istifadə edilir. Avropalı ölkələr əgər razılaşma pozularsa, İrana qarşı sanksiyları yenidən bərpa edəcəklərini açıqlayıblar. İranın nüvə fəaliyyətlərindən əl çəkməsi qarşılığında qaldırılan embarqoları yenidən tətbiq edən Tramp keçən ay İrandan neft almağa davam edən Türkiyə daxil bir neçə ölkəyə edilən güzəştləri sonlandırıb. Bundan sonra İran prezidenti Həsən Ruhani İranın neft ixracını Amerika embarqosundan qorumaq üçün Almaniya, İngiltərə, Fransa, Çin və Rusiyaya iyulun 7-nə qədər vaxt verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/55rndf

Ən çox baxılan