İranın Nazirlər Kabineti Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunmasına qərar verib
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytında (president.ir) bildirilib. Məlumata görə, Nazirlər Kabineti Səudiyyə Ərəbistanda istehsal olunan və ya bu ölkədən ixrac edilən malların İranın bütün gömrük və sərhəd buraxılış məntəqələrindən (xüsusi iqtisadi və azad zonalar daxil) ölkəyə girişini qadağan edib. Həmçinin qərara alınıb ki, ikinci qərar qəbul edilənədək İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılsın.
Fövqəladə toplantıya prezident Həsən Ruhani başçılıq edib.