İran təyyarəni səhvən vurduğunu bildirib

Bildirilir ki, təyyarə səhvən düşmən hədəfi olaraq qəbul olunub

Source: Foto: Reuters


Bildirilir ki, təyyarə səhvən düşmən hədəfi olaraq qəbul olunub

İran “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsini səhvən vurduğunu açıqlayıb. Bu barədə İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz “Twitter” hesabında yazıb.

AP-nin məlumatına görəsə İranın hərbi rəhbərliyi dövlət televiziyası vasitəsilə bunu etiraf edib. Bildirilib ki, İraq ərazisində ABŞ hərbçilərinin yerləşdiyi bazaya ballistik raket atdıqdan bir neçə saat sonra Ukrayna sərnişin təyyarəsini bilmədən vurulduğu məlum olub:

“Sərnişin təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus həssas hərbi mərkəzə doğru döndükdən sonra səhvən düşmən hədəfi olaraq qəbul olunub”.

O da qeyd olunub ki, ABŞ-la aralarındakı gərginlik üzündən yüksək hərbi hazırlıq vəziyyətdədirlər.

Yanvarın 8-də Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən təyyarənin partlaması nəticəsində 9 nəfər heyət üzvü və 167 sərnişin həlak olub. Sərnişinlərin 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü isə Böyük Britaniya vətəndaşıdır.

Ana səhifəDünyaİran təyyarəni səhvən vurduğunu bildirib