İran səfirliyi prokurorluğun araşdırmasına reaksiya verdi

”İran-Azərbaycan münasibətlərinin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”

Source:


”İran-Azərbaycan münasibətlərinin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Respublika Prokurorluğunun ReAL Hərəkatı ilə bağlı araşdırmasına reaksiya verib. Söhbət səfirliyin diplomatıyla ReAL Hərəkatı nümayəndələri arasında keçirilən görüşdən gedir.

Səfirliyin Mətbuat xidmətindən “strateq.az”-a daxil olan bəyanatda İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin hər hansı bir bəhanə əsasında iki dövlətin dostluq əlaqələrini korlamağa çalışıldığı qeyd olunub:

“Bir daha Azərbaycan Respublikasının bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar. Bu dəfə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib”.

Səfirlik hesab edir ki, həm görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyiblər.

Mətbuat xidməti ReAl-çılarla görüşün İran və Azərbaycan arasında dostluq münasibətlərinə zidd olmadığını, səfirliyə qarşı yazılmış ittiham və aldadıcı yalanların hüquqi araşdırılması üçün qanuni haqqa malik olduğunu bildirir.

“İran və Azərbaycan arasında münasibət və əməkdaşlıq iki dost və qardaş ölkə olaraq hər iki ölkənin rəhbərlərinin iradəsi ilə daha da möhkəmlənir və bütün sahələrdə uğurla davam edir. Bu baxımdan, üçüncü qüvvələr bu sahədə heç bir əngəl yarada bilməzlər”,-deyən səfirlik bir daha KİV-i iki ölkə münasibətlərini qorumaq üçün diqqətli olmağa və ikitərəfli əlaqələrin genişlənməsi üçün əməkdaşlığa dəvət edib.

Ana səhifəXəbərlərİran səfirliyi prokurorluğun araşdırmasına reaksiya verdi