İran prezidenti xarici işlər nazirinin istefasını qəbul etməyib

Zerif diplomatları onu izləməməyə çağırıb

Source: Aljazeera

İran prezidenti xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib, – BBC xəbər verir.

Həsən Ruhaninin baş ofisi əvvəlcə bildirib ki, prezident Zərifin fəaliyyətindən razıdır.

Zərif bazar ertəsi günü deyib ki, ümid edir, onun istefasıyla İranın Xarici İşlər Nazirliyi "qanun və nizamnaməylə təsdiq olunmuş roluna" iddia edə biləcək.

Daha sonra Ruhani Zərifə məktubunda bildirib: "Düşünürəm ki, sənin istefan ölkənin maraqlarına ziddir və mən istefanı qəbul etmirəm."

Onun 2015-ci ildə dünya qüvvələrilə aparılan nüvə razılaşmasındakı rolu mühafizəkarlar tərəfindən kəskin tənqidlərə məruz qalmışdı.

Mühafizəkarların əksəriyyəti sanksiyaların qaldırılması müqabilində ölkənin nüvə fəaliyyətinə dair məhdudiyyətlərin qəbul edilməsinə qarşı çıxmışdı.

Zərifə təzyiq keçən il ABŞ prezidenti Donald Tramp bu müqaviləni tərk etdikdən və İranın neft və bank sektorlarını hədəf alan ABŞ sanksiyalarını bərpa etdikdən sonra böyüməyə başlayıb.

Zərif istefasıyla bağlı ilk başda heç bir açıqlama vermədi.

"Mən səmimi qəlbdən işimi davam edə bilməyəcəyim üçün və xidmətim zamanı baş verən qüsurlar üçün üzr istəmək istərdim," – o, “İnstagram” səhifəsində yazıb.

Çərşənbə axşamı səhər o diplomatları onu izləməməyə çağırıb və qeyd edib ki, istefa verib, çünkü o, kənarlaşdırıldığını hiss edib.

"Mən ümid edirəm ki, istefam Xarici İşlər Nazirliyinin qanun və nizamnamədə təsdiq olunmuş roluna iddia etməsini təşviq edəcək,"- o deyib.

O, “Comhuri İslami” (Jomhuri Eslami) mərkəzçi qəzetinə verdiyi müsahibədə bildirib ki, daxili siyasi savaş Xarici İşlər Nazirliyinin işinə kölgə salır.

"Xarici siyasət üçün öldürücü zəhər odur ki, xarici siyasət partiya və faksiya savaşlarının məsələsinə çevrilir,"- Zərif deyib.

Qeyd edilir ki, Zərifin bu addımı atmasının son damlası onun bazarertəsi günü Tehranda Suriya prezidenti Bəşər əl- Əsədin ziyarəti zamanı yüksək səviyyəli toplantıdan kənarlaşdırılması olub.

Əsədin prezident Həsən Ruhani və Ali lider Ayətullah Əli Xameney ilə danışıqlarda iştirak etdiyi fotoşəkillər nümayiş olunduqda, cənab Zərif onları İranın xarici siyasətini idarə etməkdə nazirliyin rolu üçün yeni bir xorgörmə kimi qiymətləndirdi.

O, reformist bir qəzet müxbirinə məktub yazaraq, şəkillər onu "İranın xarici işlər naziri kimi dünyadakı etibarlılığını sarsıtdı" demişdi.

Ali liderin ətrafında olanlar İranın xarici siyasətini, xüsusən də Səudiyyə Ərəbistanı, İraq, Suriya, Yəmən və Livan ilə bağlı siyasəti tədricən nəzarətə alaraq, Zərifi bu ölkələrlə bağlı xarici siyasətdən kənarlaşdırıblar.

Müşahidəçilər qeyd edirlər ki, İranın bir çox məqamda mövqeyinin müdafiəolunmaz olmasına baxmayaraq, Zərif dünya səviyyəsində İranın möhkəm müdafiəsini təmin edib.

Ana səhifəXəbərlərİran prezidenti xarici işlər nazirinin istefasını qəbul etməyib