İran parlamentinə hücum – 16 nəfər ölüb (yenilənib)

Xomeyni türbəsi də silahlı basqına məruz qalıb

Source:
fotolar APA


***


İran Məhkəmə Tibbi Ekspertizasının rəhbəri Əhməd Şücai iyunun 8-də bildirib ki, terror nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.


O əlavə edib ki, ölənlərdən 3 nəfər qadındır.


***


15. 37. APA-nin Tehran bürosunun xəbərinə görə, hadisələr zamanı 12 nəfər ölüb, 42 nəfər yaralanıb.


 Eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.


***


14.31. İ


ranın Təhlükəsizlik Nazirliyi paytaxt Tehranda baş vermiş hadisələr barədə rəsmi açıqlama ilə çıxış edib.



APA-nın Tehran bürosunun məlumatına görə, nazirlik bildirib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin  Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.


Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər vermələrini istəyib.


Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda pataxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.


***


12.13.


İran parlamentinə silahlı hücum nəticəsində 7 nəfər həlak olub.


Xəbərdə daha dörd nəfərin girov götürüldüyü bildirilir.


APA-nın Tehran müxbiri isə xəbər verir ki, parlament binasını tərk etməyə müvəffəq olan silahlı şəxs küçədə atışmanı davam etdirir. Xüsusi təyinatlılar onu zərərsizləşdirməyə çalışırlar.

İran Məclisinə hücum edən əlisilahlı
İran Məclisinə hücum edən əlisilahlı


Xomeyni türbəsi də silahlı basqına məruz qalıb

İran İslam Respublikasının parlamentində atışma olub.

Qonşu ölkənin informasiya mənbələri bildirir ki, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb. Atışmada yaralanan mühafizəçi dünyasını dəyişib.

Hücum edənlərin sayı dörd nəfər olub.

Parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Nəqəvi Hüseyni bildirib ki, onlardan biri tutulub.

Parlamentdə atışmanın davam etdiyi, 7 nəfərin yaralandığı deyilir.

Həmin saatlarda paytaxt Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə silahlı hücum olub və türbədə partlayış törədilib.

Kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb.

Türbəyə hücum edən iki silahlı isə tutulub. Hücum nəticəsində yaralananların olduğu bildirilir. (APA)

Ana səhifəXəbərlərİran parlamentinə hücum – 16 nəfər ölüb (yenilənib)