Prezident Həsən Ruhani və xarici işlər naziri Cavad Zərifi

Mənbə: meydan tv

Başlıq: Prezident Həsən Ruhani və xarici işlər naziri Cavad Zərifi

İran nüvə zənginləşdirilməsini artıra bilər

Ölkə öz qərarıyla bağlı qalan tərəfləri - Fransa, Almaniya, Rusiya, Çin və Böyük Britaniyanı məlumatlandırıb

İran 2015-ci ildə beynəlxalq nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri dayandırdığını açıqlayıb.

İranın bu qərarından bir il öncə ABŞ nüvə razılaşması müqaviləsini tərk etmişdi.

Prezident Həsən Ruhani müqaviləni dəstəkləyən ABŞ xaricindəki digər ölkələri bilgiləndirərək, ölkədəki zənginləşdirilmiş uran ehtiyatlarını xaricə satmamaq yerinə ölkədə tutacağını söyləyib.

O, 60 gün ərzində uran istehsalının ən yüksək səviyyədə zənginləşdirilməsini davam etdirməklə təhdid edib.

Anlaşma sanksiyalar qarşısında İranın nüvə hədəflərinə maneə yaratmaq məqsədi daşıyırdı. Vaşinqton anlaşmanı tərk etdikdən sonra İran-ABŞ münasibətləri daha da gərginləşib. İranın iqtisadiyyatı yeniləşdirilmiş ABŞ sanksiyalarından daha da təsirlənib.

Çərşənbə günü səhər İran öz qərarıyla bağlı qalan tərəfləri - Fransa, Almaniya, Rusiya, Çin və Böyük Britaniyanı məlumatlandırıb.

Xarici işlər naziri Cavad Zərif deyib ki, İran müqaviləyə görə öz hüquqları çərçivəsində hərəkət edir.

Buna cavab olaraq, fransız müdafiə naziri Florens Parli (Florence Parly) Fransa mətbuatına deyib ki, Avropa ölkələrinin müqaviləni canlı saxlamaq üçün əlindən gələni edib, lakin müqaviləyə riayət olunmadığı təqdirdə bəlli nəticələr və sanksiyalar ola bilər.

Çin və Rusiya Vaşinqtonu mövcud vəziyyətə görə günahlandırıb.

Müqaviləyə əsasən İran zənginləşdirilmiş uranın artığını ölkədə saxlamamalıdır və xaricə satmalıdır.

Bu, İranın mülki nüvə enerjisi ilə yanaşı nüvə silahının istehsalında da istifadə edilə bilən material kimi vacibdir.

Xaricə satmaqla İran nüvə gücünü yaratmağa davam edə bilər və müqavilənin digər tərəfləri İranın nüvə silahı istehsal etmədiyinə əmin ola bilərlər.

İranın bəyanatı ABŞ-ın dövlət katibi Mayk Pompeonun İraqa edilən gözlənilməz səfərindən və İranın Körfəz bölgəsinə ABŞ-ın təyyarə gəmisi göndərməsindən sonraya təsadüf edir.

ABŞ rəsmiləri ABŞ qüvvələrinə və müttəfiqlərinə İrandan gələcək təhdidlərlə bağlı məlumat veriblər, amma təhlükənin detalları haqda dəqiq bilgi verilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cx0pkg

Ən çox baxılan