İran nüvə sazişindən ayrılacağıyla bağlı xəbərdarlıq edib

2015-ci ildə imzalanan müqavilənin qalan beş iştirakçısından biri olan Moskva ABŞ-ı təmkinli olmağa çağırıb.

Source: Aljazeera

Nazir: “Rusiya hökuməti çətin günlərdə İran İslam Respublikası ilə bir yerdə olub”

İran Avropaya 6 sentyabr tarixindən əvvəl yeni şərtlər təklif etməli olduğu barədə xəbərdarlıq edib. Əks halda Tehran deyib ki, 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə razılaşmasından geri çəkiləcək, RFE/RL xəbər verir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə rusiyalı həmkarı Sergey Lavrovun sentyabrın 2-də nəzərdə tutulan görüşündən əvvəl hökumət sözcüsü Əli Rabiei rəsmi hökumət xəbər agentliyi İRNA-ya açıqlama verib:

“Bir çox məsələlərdə fikirlər üst-üstə düşür və indi avropalıların [nüvə sazişindəki] öhdəliklərinin yerinə yetirilməsi yolları ilə bağlı texniki müzakirələr aparılır”.

O əlavə edib ki, İran prezidenti Həsən Rohani və onun fransalı həmkarı Emmanuel Makron arasında müsbət telefon danışığına baxmayaraq, digər Avropa ölkələri sentyabrın 6-dək yeni şərtlər təklif etməsə, Tehran sazişdən geri addım atacaq.

İran nüvə öhdəliklərini daha da azaltmaq üçün 6 sentyabr tarixini özü təyin edib.

İran-Rusiya iqtisadi komissiyasının rəhbəri kimi İranın Enerji naziri Reza Ardakanianın daxil olduğu nümayəndə heyətinə rəhbərlik edən Zərif deyib ki, o, rusiyalı həmkarıyla ikitərəfli əlaqələri, regional problemləri, o cümlədən Suriya və Əfqanıstandakı problemləri, həmçinin 2015-ci il nüvə sazişinə dair son gelişmələri müzakirə edəcək.

“Rusiya hökuməti çətin günlərdə İran İslam Respublikası ilə bir yerdə olub və biz çətin anlarda yanımızda olan dostlarımıza fərqli münasibət göstərəcəyik,” – Zərif sentyabrın 2-də Moskvada jurnalistlərə müsahibəsində deyib.

Gündəmdəki digər mövzuların Suriya, Əfqanıstan, Yəmən və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi olması gözlənilir.

2015-ci ildə imzalanan müqavilənin qalan beş iştirakçısından biri olan Moskva ABŞ-ı təmkinli olmağa çağırıb.

Sazişdən çıxdıqdan sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları artırıb. Bundan əlavə o, gəmilərin keçidini qorumaq üçün beynəlxalq dəniz patrulunun İran yaxınlığındakı sulara göndərilməsini əmr edib.

ABŞ son olaraq İranı beynəlxalq gəmilərə edilən hücumlarda, bölgədəki və qlobal gəmi sənayesinə təsir edən ingilis tankerin ələ keçirilməsi hadisəsində ittiham edir.

Zərif 2015-ci ildə danışıqlarda İranı təmsil edən əsas siyasi fiqur olub.

Bununla birlikdə İran saziş çərçivəsində bəzi öhdəliklərini azaltmağa başlayıb. Tehran digər müqavilə tərəflərini, o cümlədən İngiltərə, Fransa, Almaniya, Rusiya və Çini İrana ABŞ sanksiyalarından təsirsiz ötüşmək üçün kömək etməyə çağırıb.

Tramp müqavilənin şərtlərinin İranın nüvə silahının inkişafına mane olmaq üçün kifayət qədər sərt olmadığını və İranın raket proqramı və ya bölgədəki silahlı qrupları dəstəklədiyini nəzərə almadığını deyib.

İran bölgədə fəaliyyət göstərən üsyançıları dəstəklədiyini rədd edib və nüvə proqramının sadəcə sivil enerji maraqlarına xüdmət etdiyini bildirib.

İranın xarici işlər nazirinin müavini Abbas Arağçı 2015-ci il nüvə razılaşmasının qorunmasına yönəlmiş təklifləri müzakirə etmək üçün sentyabrın 2-də Fransaya səfər edir.

Lavrovla Zərif sonuncu dəfə may ayında Rusiyanın İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasını məğlubiyyətə uğratmasını qeyd edərkən görüşüblər.

Ana səhifəDünyaİran nüvə sazişindən ayrılacağıyla bağlı xəbərdarlıq edib