İran milli komandasının futbolçusu həbs edilib

Vurya Qafuri

O, ölkədəki etirazlara dəstək verdiyinə görə saxlanılıb

İran rejimi futbol üzrə milli komandanın üzvü Vurya Qafurini həbs edib.

Bu barədə “Fars News Agency” məlumat yayıb.

35 yaşlı futbolçu hökuməti tənqid etdiyinə, ölkədə aylardır sürən etirazlara dəstək verdiyinə görə saxlanılıb. İranın “Fulad” klubunun üzvü olan Qafuri Qətərdə keçirilən dünya çempionatı öncəsi milli komandanın düşərgəsindən qovulub, bu günlərdə isə həbs edilib.

Qafuri “milli komandanın reputasiyasını ləkələmək”, “dövlət əleyhinə təbliğat aparmaq” və “iğtişaşları dəstəkləmək”də günahlandırılır. İranın kürd azlığını təmsil edən futbolçu bundan əvvəl İslam rejimini kəskin tənqid etmiş, azı 400 nəfərin ölümünə görə etirazları zorakılıqla yatıran hökuməti günahlandırmışdı.

Qafuri 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İran millisinin üzvü olub. Amma o, noyabrın 20-də Qətərdə başlayan mundialın yekun siyahısına daxil edilməyib.

Ana səhifəXəbərlərİran milli komandasının futbolçusu həbs edilib