İran Milli Bankının bağlanan banklardakı depozitləri qaytarılmayıb

Azad Cavadov: “Girovlar satılaraq “Bank Melli İran Baku”-nın vəsaitləri geri qaytarılacaq”

Source:

Bank Melli İran Bakı
Bank Melli İran Bakı
Bank Melli İran Bakı
Bank Melli İran Bakı


Azad Cavadov: “Girovlar satılaraq “Bank Melli İran Baku”-nın vəsaitləri geri qaytarılacaq”

“Bank Melli İranın Baku” (İran Milli Bankının Bakı filialı) 2016-cı ildə “Mir Business Bank”da 500 min avro məbləğində illik 1 faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib.

Məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.

Sənəd haqda məlumatı yayan APA “Bank Melli İran Baku”nun 2015-ci ildə “Texnikabank” ASC-də ümumi məbləği 5 mln. manat illik 7 faiz dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirdiyini yazır:

“Bank sonradan bu depozitlərin müddətini daha 6 aylıq müddətə uzadıb. “2015-ci ildə bank “Texnikabank” ASC-də 1 mln. manat məbləğində illik 5 faiz faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə “Texnikabank” ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 6 mln. 67 min 778 manat (6 mln. manat əsas məbləğ və 67 min 778 manat yığılmış faiz) olub. 2015-ci ildə bank “Atrabank” ASC-də 2 mln. manat ümumi məbləğində illik 6 faiz faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. 31 dekabr 2016-cı il tarixinə bank “Atrabank” ASC-yə qoyulmuş ümumi depozit məbləğinin qalığı 2 mln. 9 min manat (2 mln. manat əsas məbləğ və 9 min manat yığılmış faiz) olub. 31 dekabr 2016-cı il tarixinə bankın “Texnikabank” ASC və “Atrabank” ASC-də müxbir hesablarının qalığı müvafiq olaraq 10 min 629 manat və 2 mln. 50 min 136 manat olub. “Texnikabank” ASC və “Atrabank” ASC-nin lisenziyaları Azərbaycan Mərkəzi Bankı tərəfindən 2016-cı ildə ləğv edilib. Bu banklarda yerləşdirilmiş pul vəsaitləri üçün dəyərsizləşmə üzrə ehtiyat 7 mln. 345 min 732 manat təşkil edir”, – deyə xəbərdə qeyd olunub.

Daha sonra bildirilib ki, “Bank Melli İran Baku” “Nikoil Bank” ASC-də 300 min manat məbləğində illik 7 faiz faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb. Bundan başqa, bank “Zaminbank” ASC-də ümumi məbləği 2 mln. avro illik 5 faiz dərəcəsi ilə 6 aylıq dövr üçün iki depozit yerləşdirib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100% dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb. “Bank Melli İran” Dubay Baş filialında 7 mln. 346 min dirhəm məbləğində illik 0,65 faiz faiz dərəcəsi ilə 6 aylıq dövr üçün depozit yerləşdirib və bu depozitin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.

İran Milli Bankının filialı “Muğanbank” ASC-də 9 mln. manat ümumi məbləğində illik 5 faiz faiz dərəcəsi ilə 6 aylıq dövr üçün 9 depozit yerləşdirib. Sonra bu depozitlərin müddəti daha 6 aylıq müddətə uzadılıb. Bu depozitlərin 31 dekabr 2016-cı il tarixinə qalıq məbləği olmayıb.

31 dekabr 2016-cı il tarixinə bankın “Royal Bank”dakı müddətli depozitləri 4 mln. manat məbləğində olub. Depozitlərin qarşılığında “Royal Bank” tərəfindən girov təmin olunub və bu girovun bazar dəyəri 2013-cü ilin iyun ayında qiymətləndirici firma tərəfindən 4 mln. 300 min manat olaraq qiymətləndirilib. 31 dekabr 2016-cı il tarixinə bank bu depozitlər üçün 100 faiz (31 dekabr 2015-ci il: 30 faiz) dərəcəsində dəyərsizləşmə üzrə ehtiyat ayırıb. Bank 2011-ci ildə bank lisenziyası AMB tərəfindən geri alınmış “Birlikbank” ASC-də ümumi məbləği 12 mln. 500 min dollar depozit yerləşdirib. Depozitin qarşılığında “Birlikbank” tərəfindən AMAY ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən 13103 kvadratmetr sahəsi olan inzibati ofisləri girov kimi təmin olunub. 2016-cı ilin dekabr ayında bank girov üzərində mülkiyyət hüququ əldə edib və əmlakı qiymətləndirərək öz balansına götürüb. Qeyd olunan depozit 2016-cı ildə mənfəət və zərər hesabına silinib.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov agentliyə deyib ki, İran Milli Bankının Bakı filialının ləğvetmə prosesində olan “Texnikabank”, “Atrabank” və “Zaminbank”da yerləşdirilən depozitləri hələlik qaytarılmayıb.

Onun sözlərinə görə, filialın ləğvetmə prosesində olan bu banklardakı depozitləri təminatlı kreditlərdir.

“Ləğvetmə prosesində olan bu 3 bankın “Bank Melli İran Baku” qarşısında öhdəliyinin yerinə yetirilməsində heç bir problem olmayacaq. Söhbət təminatlı kreditlərdən gedir. Bunlar təminatlı kredit olduğuna görə, vəsaitlər qaytarılacaq. “Bank Melli İran Baku”-nun bu banklarda yerləşdirdiyi depozitlər girovla təmin edilib. Buna görə də bu girovlar satılaraq “Bank Melli İran Baku”-nın vəsaitləri geri qaytarılacaq”, deyə Cavadov fikrini tamamlayıb.

Ana səhifəXəbərlərİran Milli Bankının bağlanan banklardakı depozitləri qaytarılmayıb