İran İslam Respublikasının bayrağı

Mənbə: Foto: arxiv

Başlıq: İran İslam Respublikasının bayrağı

İran interneti qismən bərpa edib

İnqilab Keşikçiləri ölkədə sakitliyin bərpa olunduğunu deyir

İranın cənubundakı Hormozgan əyalətində internet bərpa edilib, - ISNA xəbər agentliyi məlumat yayıb.

“Reuters” isə bildirir ki, internetin ölkə ərazisində bir gün kəsilməsi günlərdir davam edən iğtişaşları yatırmağa xidmət etmək məqsədi daşıyıb.

Hakimiyyətin internetə girişi bağlaması etirazçıların sosial mediada video paylaşımlarını çətinləşdirib. Qeyd olunur ki, internetin kəsilməsi iğtişaşların miqyası barədə etibarlı məlumatların əldə edilməsini məhdudlaşdırıb.

Dövlət telekanalının verdiyi məlumata görə, İranın İnqilab Keşikçiləri cümə axşamı ölkədə sakitliyin bərpa olunduğunu qeyd edib.

“Hormozgan əyalətində internet bağlantısı bərpa edilib və bütün sosial media platformları yenidən aktivdir”, - İSNA qeyd edib.

İran rəsmiləri daha öncə də sakitliyin təmin olunacağı təqdirdə internetin yenidən bərpa ediləcəyini bildirmişdi.

Noyabrın 15-də hökumət benzinin qiymətinin ən az 50% artımını elan etdikdən sonra İranda iğtişaşlar başlayıb. Bir neçə əyalətdə başlamış etirazlar daha sonra 100-ə yaxın şəhər və qəsəbəyə yayılıb. Etirazçılar yüksək vəzifəli şəxslərin istefasını tələb edərək tez bir zamanda nümayişlərə siyasi xarakter qazandırıblar.

“Amnesty İnternational” deyib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən ən az 106 nəfər öldürülüb və bu, etirazları ən azı 10 ildə və bəlkə də 1979-cu il İslam İnqilabından bəri İranda baş vermiş ən qarışıq küçə iğtişaşına çevirib.

İran hakimiyyəti deyib ki, aralarında təhlükəsizlik qüvvələrinin və polislərin də olduğu bir neçə insan küçə zorakılığında öldürülüb. Tehran qarşıdurmada xarici qüvvələri günahlandırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bhj3z9

Ən çox baxılan