“İran hələ ratifikasiya etmədiyi sənədə irad bildirir”

“Və elə ərazidə təlimlər keçirib ki, ora Türkmənistan və Azərbaycana yaxındır”

Source: Specify Source


İran Türkiyə və Azərbaycanın Xəzərdə təlim keçməsindən narazıdır

İran İslam Respublikası Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərə etiraz edib. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə

İRNA

agentliyinə verdiyi açıqlamada Xəzər dənizinin hüquqi statusunu əsas gətirərək deyib ki, məlum anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Səid Xatibzadə Türkiyənin Xəzər dənizindəki hərbi varlığını qeyri-qanuni hesab edir:

"Aktau anlaşmasına uyğun olaraq Türkiyənin Xəzər dənizində təlimləri qanunsuzdur. Çünki Xəzərsahili ölkələrdən başqa ölkələrin Xəzərdə təlim keçirməsi beştərəfli anlaşmaya ziddir. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq”.

XİN rəsmisinin açıqlamasını Meydan TV-yə şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, Xəzərin statusunun özü bir neçə məsələni gündəmə gətirir:

"Xəzərin dibinin bölünməsi, gəmiçilik, ekologiya, müdafiə və sairə problemlər var. Bir neçə ölkənin bunlarla bağlı razılığı qismən var. Amma Tehranın hər hansı məsələdə razılığı yoxdur, yəni qonşu ölkə 2018-ci il razılaşmasını ratifikasiya etməyib. Bəli, başqa dövlətlərin gəmilərinin Xəzərə daxil olması mümkün deyil. Amma Türkiyə-Azərbaycan hərbçiləri təlim keçirir, yəni orda Ankaranın hansısa gəmisi yoxdur. Yalnız Azərbaycan hərbi-dəniz qüvvələrinin heyəti təlimlər keçirir və bu tədbirlərdə Türkiyə mütəxəssisləri də iştirakçıdır. Bu mənada iddia etmək olmaz ki, başqa xarici ölkələrin dənizdə mövcudluğu qeydə alınıb".

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Siyasi icmalçı Əhməd Əlili Xəzərin statusu ilə bağlı məsələlərin həmişə təzadlı olduğunu bildirib:

"Ancaq 1990-cı illərdən etibarən 5 ölkədən əvvəlcə Azərbaycan və Qazaxıstan razılığa gəliblər, ardınca Rusiya da onlara qoşulub. Hazırda siyasi problemlərin qaldığı yer İranladır. Moskva Tehranla razılaşmanın olmasını istəyir. Yəni Rusiya Tehranın 2018-ci ilin avqust sənədini ratifikasiya etməsinə çalışır. Məsələ ondadır ki, Tehran hələ sənədi ratifikasiya etməyib".

Əhməd Əlili bildirib ki, müqavilənin şərtinə əsasən sənədi imzalayan bütün dövlətlər ratifikasiya edəndən sonra sənəd qüvvəyə minir:

"Belə çıxır ki, İran hələ ratifikasiya etmədiyi sənədə irad bildirir. Bu, olayın siyasi-hüquqi tərəfi. Təhlükəsizlik tərəfinə gəldikdə, Xəzər dənizində ilk iri hərbi təlimi də İran keçirib. Və elə ərazidə təlimlər keçirib ki, ora Türkmənistan və Azərbaycana yaxındır. Ona görə də Azərbaycan cavab addımı atdı. Necə ki, Rusiya Qarabağda hərbi təlimlər keçirdikdən sonra Bakı və Ankara Laçında hərbi təlimlərə start verdi. Bir daha deyirəm, Tehran ratifikasiya etmədiyi sənəd əsasında münasibət bildirir. Xüsusən də sentyarın 12-dən Azərbaycanın İrandan Ermənistana gedən yük maşınlarına ciddi nəzarət etməsi onlar tərəfindən narazılıq doğurur. Çünki İran və Ermənistan müəyyən bir blokada vəziyyətinə düşüblər. Həmçinin adından da görünür ki, Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlər sualtı maneələrin neytrallaşmasıdır. Güman ki, Bakı Tehranın hansısa işlərindən duyuq düşdüyü üçün belə bir addım atıb".

118645451_620172385184536_7703387997886241163_n.jpg
Əhməd Əlili

Xəzərin statusu haqda sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Bir il sonra isə Qazaxıstanın Aktau şəhərində sənəd

imzalanıb

.

Ana səhifəSiyasət“İran hələ ratifikasiya etmədiyi sənədə irad bildirir”