“Avropa güclərinin İranın razılaşmanı pozduğuna dair iddiaları əsassızdır”
“İran üzərinə aldığı öhdəliklərini geri götürməsinə baxmayaraq, hələ də 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini riayət edir”, – Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Musavi yanvarın 20-də Tehranda keçirilmiş mətbuat konfransında bildirib.
RFE/RL xəbərinə görə, Musavi deyib: “Tehran hələ də sazişdə qalır …. Avropa güclərinin İranın razılaşmanı pozduğuna dair iddiaları əsassızdır”.
İran bu ayın əvvəlində artıq ABŞ-ın 2018-ci ildə geri çəkdiyi sazişlə bağlı öhdəliklərə sahib olmadığını demişdi. Bəyanatdan sonra Tehran saziş çərçivəsində aldığı bəzi öhdəlikləri tədricən azaltmağa başlamışdı. ABŞ sazişi tərk etdikdən sonra İrana sərt iqtisadi sanksiyalar tətbiq edib.
Almaniya, Böyük Britaniya və Fransa bu ayın əvvəlində nüvə sazişində mövcud olan mübahisə mexanizmini yaratdıqlarını bəyan ediblər.
Çin, Rusiya, Avropa İttifaqı və daha əvvəl ABŞ ilə birlikdə sazişin tərəfləri olan Avropa dövlətləri hesab edirlər ki, mexanizm BMT-nin İrana qarşı tətbiq edəcəyi sanksiyalara gətirib çıxara bilər. Bununla yanaşı tərəflər bildiriblər ki, onlar ABŞ-ın Tehranın davranışını dəyişmək üçün İrana qarşı bir ildir tətbiq etdiyi “təzyiq” siyasətinə qatılmırlar.
“İranın nüvə öhdəliklərini azaltması digər tərəflərdən və İranın maraqlarının sazişə uyğun olub-olmamasından asılı olacaq,” Musavi deyib.
Sazişə əsasən İran beynəlxalq sanksiyalardan azad olmaq müqabilində nüvə fəaliyyətini dayandırmağa razılıq vermişdi.
2018-ci ildə Prezident Donald Tramp şərtlərin Tehranın nüvə silahının inkişafına mane olmaq üçün kifayət qədər sərt olmadığını iddia edərək ABŞ-ı sazişdən geri çəkib. Bu zaman Tramp İranı Yaxın Şərqdə “proxy” qruplara dəstəyi durdurmağa çağırıb.
Tehranı sazişi yenidən müzakirə etməyə cəlb etmək istəyən Vaşinqton o zamandan etibarən İran iqtisadiyyatına qarşı sanksiyaları bərpa edib.
Yanvarın 19-da İran parlamentinin spikeri Əli Laricani Avropa güclərinə nüvə sazişindəki mübahisə mexanizminə “hər hansı bir səbəbdən” “ədalətsiz” yanaşılmasıyla bağlı xəbərdarlıq edib.
Tehran, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə “əməkdaşlığımızı ciddi şəkildə yenidən nəzərdən keçirəcək,“acc həmçinin Tehranın keçmiş nüvə müzakirəçisi olaraq tanınan Laricani dövlət televiziyasına müsahibəsi zamanı deyib.