İran gəmisi Xəzərin Azərbaycan sularında qəzaya uğrayıb

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Foto: arxiv


Ekipaj xilas olunsa da, gəminin batdığı bildirilir

İyulun 26-da, saat 14.10-da İran bayrağı altında üzən "Şəbahəng" quru yük gəmisi Xəzər dənizində, Lənkəran limanı yaxınlığında qəzaya uğrayıb.

Bu barədə

Dövlət Sərhəd Xidməti

(DSX) və

Fövqəladə Hallar Nazirliyi

məlumat yayıb.

DSX İran gəmisinin saat 16:22-də batdığını bildirib. Məlumatda qeyd olunub ki, Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Eyni zamanda, xilasetmə əməliyyatına FHN-in 2 vertolyotu və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi cəlb edilib.

Ana səhifəXəbərlərİran gəmisi Xəzərin Azərbaycan sularında qəzaya uğrayıb