İran: Gələcək hökumətlə bağlı qərar livanlılardan asılıdır

Cavad Zərif özəl İran şirkətlərinin Beyrut limanında baş vermiş fəlakətli partlayışdan sonra yenidənqurma üçün kömək etməyə hazır olduqlarını deyib.

Source: Meydan Tv


İran şirkətləri yenidənqurma işlərinə kömək edəcək

“Livanlılar gələcək hökuməti təyin edən yeganə tərəf olmalıdır”, – İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Beyrutda cümə günü bildirib.

“Reuters” xəbər verir ki, Livanlı həmkarı ilə görüşdən sonra danışan Zərif özəl İran şirkətlərinin Beyrut limanında baş vermiş fəlakətli partlayışdan sonra yenidənqurma üçün kömək etməyə hazır olduqlarını deyib.

Ötən həftə baş verən partlayışdan sonra Hizbullahın dəstəyinə sahib olan Baş nazir Həsən Diab hökuməti istefa verib. İran da Hizbullahı dəstəkləyir.

Ana səhifəDünyaİran: Gələcək hökumətlə bağlı qərar livanlılardan asılıdır