İran etirazları: “Yanacağın qiymətini ABŞ ya İsrail qadırmayıb ki…”

İran etirazları: “Yanacağın qiymətini ABŞ ya İsrail qadırmayıb ki…”

Geridə qalan noyabr ayı dünyanın müxtəlif nöqtələrində kütləvi etiraz aksiyaları ilə müşayiət olundu. İranda Tehran və Təbriz də daxil olmaqla, ondan çox şəhərin küçələri də günlərlə etirazçıların kəskin şüarları ilə qaynadı. Yanacağın qiymətinin birdən-birə 3 dəfə qaldırılması İran xalqını küçələrə çıxmağa məcbur etdi. Parlamentdən və ictimai fəallardan hökumətə qiymətləri yenidən endirmək təklifi gəlsə də, hökumət və ali lider bunun mümkün olmadığını, geri addım atılmayacağını bildirdi.

Şüarların mahiyyəti aksiya gedişində dəyişməyə başladı. Əvvəlcə sadəcə qiymət artımı əleyhinə olan etirazlar, daha sonra dini rejim və onun ali rəhbərinə qarşı birbaşa ünvanlanan şüarlarla əvəzləndi. Banklar, qaz və neft stansiyaları yandırılıdı, prezidentə və ali liderə istefa tələb edildi. İranın Fələstinə və digər ölkələrə maliyyə yardımı pisləndi. Polis maşınlarını yandıran etirazçılar İran etirazları üçün xarakterik olmayan daha bir addımı da atdılar. Xomeyninin Şəhriyar şəhərində yerləşən üzük abidəsi yandırıldı.

Siyasətçi Azər Qasımlı hesab edir ki, problem təkcə iqtisadi səbəblərdə deyil.

Ana səhifəVideoİran etirazları: “Yanacağın qiymətini ABŞ ya İsrail qadırmayıb ki…”