İran-Azərbaycan sərhədində silahlı insident: ölən var

Onların xəbərdarlıq atəşi açılmasına baxmayaraq, silahlı müqavimət göstərdiyi və sərhədçilərin həyatına qəsd etdiyi qeyd olunub

Source: Specify Source


DSX: "Sərhəd pozucularından biri İran ərazisinə qaçıb"

İyul ayının 5-də saat 23:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında İran İslam Respublikasından Azərbaycana keçmək istəyən 5 nəfərin dövlət sərhədini pozduğu bildirilib.

Onların xəbərdarlıq atəşi açılmasına baxmayaraq, silahlı müqavimət göstərdiyi və sərhədçilərin həyatına qəsd etdiyi qeyd olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX)

məlumat

ında deyilir ki, sərhəd naryadı “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edib: "Sərhəd pozucularından biri – hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Məzahir Qurbanov güllə yarası alaraq Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilsə də, yolda ölüb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb".

DSX bildirib ki, əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla Azərbaycan ərazisinə keçirdilkəri 1 ədəd çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr (4065 qram – heroin, 1385 qram – tiryək, 325 qram – metamfetamin, 1000 ədəd metadon-40 həbi, 260 ədəd preqabalin) və dərman preparatları (10 ampula – ravit 8, 30 kapsula – wellman, 10 ampula – testosterone) aşkar olunaraq götürülüb: "Bu barədə İİR tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib".

Ana səhifəSosialİran-Azərbaycan sərhədində silahlı insident: ölən var