İran İslam respublikası

Mənbə: meydan tv

Başlıq: İran İslam respublikası

İran 17 CIA şübhəlisini həbs edib

''Bəziləri ölümə məhkum edilib, bəziləri isə uzunmüddətli həbs cəzası alıb''

İran rəsmiləri deyiblər ki, CIA casusluğunda ittiham edilən 17 şübhəli həbs olunub və onlardan bəzilərinə ölüm hökmü verilib, - Azadlıq Radiosu xəbər verir.

İranın Kəşfiyyat Nazirliyi iyulun 22-də deyib ki, İranın təhlükəsizlik orqanları CIA-in "casus şəbəkəsi" kimi təsvir etdikləri qrupu "müvəffəqiyyətlə dağıdıb".

"Bəziləri ölümə məhkum edilib, bəziləri isə uzunmüddətli həbs cəzası alıb," - adı açıqlanmayan nazirlik rəsmisi deyib.

"Müəyyən edilmiş casuslar iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələrdə, həyati əhəmiyyətli özəl sektor mərkəzlərində çalışıblar ... və bu müddət ərzində gizli məlumat toplayıblar," - nazirlik bəyanatında bildirib.

İran dövlət mediası İrandakı xəfiyyələrlə əlaqədə olan CIA rəsmilərinin rəsimlərini də yayınlayıb.

ABŞ-ın may ayında İrana qarşı tətbiq etdiyi sanksiyalar yenidən canlandıqdan sonra İranla Qərb arasında münasibətlər gərginləşib. İyulun 4-də “British Royal Marines” Cəbəllütariq boğazında İrana məxsus tanker ələ keçirdikdən sonra İran da keçən həftə Hörmüz boğazında Britaniya tankerini ələ keçirib. Qərb İranı Avropa Birliyinin sanksiyalarına zidd olaraq neftin qeyri-qanuni yolla Suriyaya daşınmasında ittiham edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8jb7x9

Ən çox baxılan