“Ölkəmizin milli maraqlarına zərər verəcək heç bir qərar verməyəcəyəm”
Gürcüstan Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq onlara qarşı hər hansı sanksiya tətbiq etməyəcək.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili fevralın 25-də jurnalistlərə açıqlamasında belə deyib.
O, bu addımı Gürcüstanın “milli maraqları” ilə əsaslandırıb: “Ölkəmizin və xalqımızın milli maraqlarına zərər verəcək heç bir qərar verməyəcəyəm”.
Baş nazir açıq bildirib ki, Gürcüstan maliyyə və iqtisadi sanksiyalarda iştirak etməyəcək”.
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Bunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirən bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər.
Müxtəlif ölkələrdə Rusiya bankları qapadılıb.
Yüksək rütbəli hökumət və hərbi məmurlara, iri dövlət şirkətlərinə və bir sıra oliqarxlara qarşı sanksiyalar tətbiq edib.
Qaribaşvili isə düşünür ki, bu məsələ milli təhlükəsizliklə əlaqəlidir.
O, müxalifəti sanksiyalarda israrlarına görə qınayıb: “Onların məqsədi təxribatlar təşkil etmək və qarşısını ala bilmədikləri 2008-ci ilin avqust müharibəsinin faciəsini təkrarlamaqdır”.
Baş nazir əlavə edib ki, artıq Gürcüstanda anti-dövlət, antimilli və ehtiyatsız siyasət bitib.
Bununla da hakim “Gürcü Arzusu” partiyasının deputatları Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı ölkə prezidenti Salome Zurabişvilinin çağırdığı parlamentin növbədənkənar iclasına qatılmaqdan imtina ediblər.
Müxalifət partiyaları olan Lelo, Vahid Milli Hərəkat (VMM) və bir neçə müstəqil deputat parlamentə toplaşıb. Onlar Gürcüstan və Ukrayna bayraqlarını qaldıraraq Ukrayna himnini oxuyublar.
Fevralın 25-də Gürcüstanın Milli Bankı Rusiyanın sanksiyaya məruz qalmış bankı olan VTB-nin bu ölkədəki filialına maliyyə yardımı göstərəcəklərini açıqlayıb.
Bank əmanətçilərinin maraqlarını qorumaq üçün daha qeyri-müəyyən vədlərin lehinə bəyanatlarını ləğv edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləri ilə bağlı Gürcüstanın paytaxtı Tbilisi də daxil olmaqla, bir neçə böyük şəhərlərində Ukraynaya dəstək aksiyaları təşkil edilib.