“İqtisadiyyat məmurların tamahına görə inkişaf edir”

“Prezident infrastruktur layihələrindən danışır, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 69-cudur, dövlət siyasətinin şəffaflığı yüksək deyil (48-ci yer), vergi siyasətində 82-ci, antiinhisar siyasəti üzrə 130-cu yerdəyik”

Source:


“Prezident infrastruktur layihələrindən danışır, Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 69-cudur, dövlət siyasətinin şəffaflığı yüksək deyil (48-ci yer), vergi siyasətində 82-ci, antiinhisar siyasəti üzrə 130-cu yerdəyik”

Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında dövlət başçısı ölkədə rifahın artdığını qeyd edib. Deyib ki, iqtisadiyyata $19 mlrd qoyulub. Bunun $11 mlrd-ı daxili investisiyalardır. ÜDM-də 2,5 faiz, qeyri-neft sektorunda 6 faiz artım olub. Əhalinin pul gəlirlərinin 5,4 faiz artdığı və inflyasiyanın 1,5 faiz olduğu xüsusi vurğulanıb.

“Turan İA” şərh üçün İqtisadi Tədqiqatlar Mərkəzinin banisi Qubad İbadoğluya müraciət edib. Onun sözlərinə görə, artım tempini qiymətləndirmək üçün sahibkarlığın azadlıq dərəcəsi qiymətləndirilməlidir. Əks təqdirdə iqtisadiyyat qeyri-azad olur və məmurların tamahına görə inkişaf edir. İbadoğlu deyib ki, indikatorlardan biri 2014–2015-cü il üçün qlobal rəqabət indeksidir (

The Global Competitiveness Index 2014–201

5). Burda Azərbaycan 144 ölkə arasında 38-cidir.

Bu, inflyasiyanın real olmayan səviyyəsinə (1-ci yer) və makroiqtisadi sabitliyə (9-cu yer) görədir. Zəruri biznes qeydiyyatı proseduruna görə ölkə 10-cu, qeydiyyat müddətinə görə 36-cı olub. Ümumdünya İqtisadi Forumunun mütəxəssislərindən heç kəs kommersiya strukturlarının ömrü ilə maraqlanmır. Əmək səmərəliliyinə görə ölkə 33-cüdür. Bu, elektron xidmətlərlə bağlıdır.

İbadoğlu real vəziyyətdən danışarkən deyib ki, ÜDM həcminə görə Azərbaycan 70-ci, biznesə dəstəyə görə 80-ci, infrastrukturun inkişafına görə 70-ci, ali təhsilə görə 90-cı, tibbi və ibtidai təhsilə görə 104-cü, maliyyə bazarının inkişafına görə 89-cudur.

“Dövlət başçısı infrastruktur layihələrindən danışır. Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 69-cudur. Dövlət siyasətinin şəffaflığı yüksək deyil (48-ci yer), vergi siyasətində 82-ci, antiinhisar siyasəti üzrə 130-cu yerdəyik. Məmur inhisarçıların qərarları real iqtisadiyyat və aztəminatlıların həyatına bu qədər təsir edirsə, reytinqlə öyünməyə dəyməz”, – deyə iqtisadçı bildirib.

Ana səhifəXəbərlər“İqtisadiyyat məmurların tamahına görə inkişaf edir”