İqtisadçılar Mərkəzi Bankın qərarını dəyərləndirdi

Natiq Cəfərli: “Banklar öz problemlərini özləri həll etməli olacaqlar”
Qubad İbadoğlu: “Mərkəzi Bankın qərarı “başlı başın saxlasın” deməkdir”
Zöhrab İsmayıl: “Məqsəd bankların valyuta bazarında fəallığının arrmasına şərait yaratmaqdır”

Source:


Natiq Cəfərli: “B


anklar


ö


z probleml


ə


rini


ö


zl


ə


ri h


ə


ll etm


ə


li olacaqlar




Qubad İbadoğlu: “Mərkəzi Bankın qərarı ”


ba


ş


l


ı


ba


şı


n saxlas


ı


n”


deməkdir”


Zöhrab İsmayıl: “


M


ə


qs


ə


d banklar


ı


n valyuta bazar


ı


nda f


ə


all


ığı


n


ı


n arrmas


ı


na


şə


rait yaratmaqd


ı


r



Mərkəzi Bankın (MB) baş direktoru Rəşad Orucovun martın 5-də banklara göndərdiyi məktub medianın diqqət mərkəzindədir. “Azadlıq” qəzetinin dərc etdiyi məktubda banklara bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcəyi vurğulanır və Mərkəzi Bankın bundan sonra bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcəyi bildirilir.

Meydan TV MB-ın baş direktoru Rəşad Orucovun məktubu ilə əlaqədar ölkə iqtisadçılarına müraciət edib.

REAL İdarə Heyətinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın məktubundan belə aydın olur ki, banklara valyuta ilə götürdükləri xarici öhdəliklərin artmasına görə riskləri öz üzərinə götürmək təklif olunur: “Qısası, banklar öz problemlərini özləri həll etməli olacaqlar. Mərkəzi Bank anlayır ki, bankların problemləri artacaq, onların hamısına kömək etmək gücündə olmayacaq”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun fikrincə, indiyədək Mərkəzi Bank müvəkkil bankların açıq valyuta mövqeyi üçün limitlər müəyyən  edirdi ki, valyuyta risklərini tənzimləsin: “Bunun üçün 31 yanvar 2001-ci ildə müvafiq qaydalar da təsdiq etmişdi. Bu qaydalara görə, bankların valyutada olan tələbləri və öhdəliklərinin məbləğləri arasında, mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərdən qaynaqlanan risklərin məhdudlaşdırılması məqsədilə limit tətbiq edilirdi. İndi həmin limitlər aradan qaldırılaraq, risklər bankların öz üzərinə qoyulur. Yəni bir növ Mərkəzi Bank mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan itkilərə görə məsuliyyətdən özünü kənarlaşdırır”.

Qubad İbadoğlunun sözlərinə görə, bu riskləri düzgün idarə edə bilməyən bankların öhdəliklərində problem yarana bilər: “O sıradan da əmanətçilər və ya  bank özü kredit götürdükləri təşkilatlar qarşısında öhdəlikərini yerinə yetirmək üçün riskləri də özləri idarə etməlidirlər. Belə olan halda da mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində yaranan riskləri düzgün  idarəetməyən banklarla borc verənlər arasında problemlər yarana bilər. Yəni başlı başın saxlasın!”

İqtisadçı Zöhrab İsmayıl məktubu belə dəyərləndirdi: “Valyuta mövqeyi limiti bankların valyuta əməliyyatları üzrə gözləntiləri və öhdəliklərinin nisbətinə qoyulan məhdudiyyətdir. İndi bu məhdudiyyət yanvarın birinədək götürülür. Bu qərarda məqsəd bankların valyuta bazarında fəallığının arrmasına şərait yaratmaqdır”.

O hesab edir ki, valyuta bazarındakı qeyri-sabitlik şəraitində bu addım pozitiv qiymətləndirilməlidir: “Əslində şəxsən mən ümumən belə limitlərin əleyhinəyəm. Burada bankların öhdəlikləri üçün müəyyən risklərin yaranması mümkündür. Ancaq banklar özləri risklərini idarə edə bilərlər. Ən azından güclü və çevik banklar öz risklərini özləri idarə etməlidir”.

Ana səhifəXəbərlərİqtisadçılar Mərkəzi Bankın qərarını dəyərləndirdi