İqtisadçılar Elman Rüstəmovun “üzən məzənnə” bəyanatını şərh etdilər

Qubad İbadoğlu: “Mərkəzi Bank ən asan və primitiv yollarla valyuta bazarını tənzimləyib”

Samir Əliyev: “Neft hara getsə, manat da ora gedəcək”

Source:


Qubad İbadoğlu: “Mərkəzi Bank ən asan və primitiv yollarla valyuta bazarını tənzimləyib”


Samir Əliyev: “Neft hara getsə, manat da ora gedəcək”

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, Elman Rüstəmovun “Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil” bəyanatı hazırkı şəraitdə bir neçə mətləbə aydınlıq gətirdi (https://www.meydan.tv/az/article/elman-rustemov-2016-ci-ilin-budcesinde-neft-50-dollardan-hesablanacaq/).

İqtisadçı Meydan TV-yə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin Milli Məclisdəki çıxışını şərh edərkən bildirib ki, Mərkəzi  Bank bundan sonra da  idarə olunan məzənnə siyasətinə üstünlük verəcək. Bu da o deməkdir ki, yenə də valyuta ehtiyatlarından manatın sabitləşməsi üçün istifadə olunacaq. Bu isə obrazlı şəkildə  havaya böş güllə atmaq  deməkdir və güllələr qurtaranda da əsir düşməyə  bənzəyir. Belə davam edəcəyi halda, dünya bazarında neft qiymətlərinin bahalaşmayacağı tədqirdə  valyuta ehtiyatların tükənməsi və eyni zamanda manatın dolların əsrinə çevrilməsi şübhəsizdir. İkincisi, “hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var” deyib, onlar arasında Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Şirkətinin adlnı çəkməklə  Mərkəzi Bank sədri Azərbaycan iqtisadiyyatının taleyinin neft  satışından əldə edilən gəlirlərdən tam şəkildə asılı olduğunu isbatladı.Üçüncüsü, Elman Rüstımov  biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər deməklə ayıdn şəkildə göstərdi ki, Azərbaycanda  foamalaşan valyuta  bazarı çox bəsit şəkildə inzibati üsullarla idarə olunur, bazarın özünütənzimləmə funksiyası üçün 23 ildə Mərkəzi Bank zəruri instututları və inzibatçılıqdan kənar mexanizmləri hələ də formalaşdıra bilməyib. Vaxtilə neft satışından əldə edilən valyuta gəlirlərinin çox olduğu dövrdə edilməsi vacib olan islahatlar aparılmayıb. Mərkəzi Bank ən asan və primitiv yollarla valyuta bazarını tənzimləyib”.

Q.İbadoğlunun fikrincə, 20-30 faiz növbəti devalvasiyanın anonsu kimi də qəbul oluna bilər. Həmçinin  bu açıqlama göstərdi ki, Azərbaycan Rusiyada olduğu kimi tam üzən məzənnə siyasətinə keçid etsə, manatın dollar nəzərən məzənnəsi dəfələrlə ucuzlaşa  və idarəolunmaz səviyyəyə çata bilər.

Onun həmkarı Samir Əliyev düşünür ki, Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addımı atılacaq” fikrini hakim edib: “Əvvəla onu deyək ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub. Deməli, manatın gücünü ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiyməti müəyyənləşdirir. Ona görə də tam üzən məzənnəyə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər. Təsəvvür edin ki, üzən məzənnə olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manata təyziq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi. İndi əgər üzən məzənnəyə keçilsə, manatın sürətlə ucuzlaşmaşı baş verəcək. Ona görə də Azərbaycanın tam üzən məzənnəyə keçməsi real deyil. Açığını deyim ki, bu, üfiqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatı Azərbaycanla müqayisədə yaxşı diversifikasiya olunmuş Rusiya tam üzən məzənnəyə keçə bilmədi. Rusiya Mərkəzi Bankı hazırda maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir”.

Samir Əliyev bildirib ki, manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara (bu 45 dollar da ola bilər) qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20 faiz ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq: “İlin sonuna kimi manat dəyərini ən azı 10 faiz itirəcək. Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacağını deyəndə, idarəolunan üzən məzənnə siyasətinə keçidi elan edəndə bunu nəzərdə tuturdu. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa “üzdüyünü” müşahidə edəcəyik”.

Ana səhifəXəbərlərİqtisadçılar Elman Rüstəmovun “üzən məzənnə” bəyanatını şərh etdilər