İqtisadçı: Sosial evlərin qiyməti aşağı deyil

MİDA mənzillərin güzəştli satışına başlayır

Source:


MİDA mənzillərin güzəştli satışına başlayır

“Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) satışa çıxardığı mənzillərin qiyməti heç də aşağı deyil və Sosial Ev statusuna cavab vermir”.

Bu sözləri iqtisadçı Samir Əliyev öz “Facebook” səhifəsində yazıb. MİDA-nın satışa çıxardığı mənzillərin 1 kvadratmetri 940-950 manat arasındadır. İqtisadçı deyir ki, bu, ancaq nisbətən ucuz ev statusuna uyğun gəlir. “Hansısa özəl şirkət bu qiymətə satış etsəydi, bunu normal qarşılamaq olardı. Amma əlində dövlətin resursları olan, özəl şirkətlərdən fərqli olaraq əlavə qeyri-rəsmi ödənişlərdən azad olan MİDA-nın evləri daha ucuz olmalı idi” – Samir Əliyev vurğulayıb.

MİDA ilk layihəsi olan Yasamal yaşayış kompleksində mənzillərin güzəştli satışı ilə bağlı

elan

verib.

Elanda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-dən avqustun 7-dək davam edəcək.

Samir Əliyev
Samir Əliyev

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı Vüqar Bayramov isə deyir ki, layihə çərçivəsində satışa 260 mənzil çıxarılır. MİDA bildirib ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib. Bu isə o deməkdir ki, mənzil “kupçalı” olacaqlar.

Qiymətlərə gəldikdə, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq.

“Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır.

Kredit götürmədən mənzili öz pulları ilə birdəfəlik ödəniş alan vətəndaşlar mənzilə daha ucuz qiymətlə sahib ola biləcəklər. Bu zaman 1 otaqlı mənzil 26932 manata, 2 otaqlı mənziı 42554 manata, 3 otaqlı mənzil isə 59063 manata təklif ediləcək”.

Mənzillərin sahələrinə gəldikdə, Vüqar Bayramov deyir ki, xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq.

Qurumun saytında yazılıb ki, bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəyləri var.

Ana səhifəXəbərlərİqtisadçı: Sosial evlərin qiyməti aşağı deyil