İqtisadçı Rövnəq Abdullayevin açıqlamasına reaksiya verdi

”SOCAR güzəştə getməyə məcbur olacaq, həm əlavə qaz verəcək, həm də vətəndaşlara satdığı qazın qiymətini salacaq”

Source:
Natiq Cəfərli


”SOCAR güzəştə getməyə məcbur olacaq, həm əlavə qaz verəcək, həm də vətəndaşlara satdığı qazın qiymətini salacaq”

İqtisadçı Natiq Cəfərli SOCAR prezidenti Rövnəq Abdullayevin “Gürcüstana əlavə 500 mln kubmetr qaz nəql olunacaq”

açıqlaması

nı öz Facebook səhifəsində şərh edib.

Natiq Cəfərli bildirib ki, Gürcüstanda SOCAR həm də qazpaylayıcı şirkətdir, yəni, ölkəyə satdığı qazı ucuz satır, bu, danılmaz faktdır. Ancaq birbaşa istehlakçılara satdığı qazı ölkə olaraq Gürcüstana satdığı qazdan 2 dəfədən çox baha satır. Gürcüstana qazı ölkə olaraq ucuz satmasının da bir səbəbi budur.

O, əlavə edib ki, Gürcüstanda bizdən fərqli olaraq seçki var, seçilmiş, hesabat verməli, vətəndaşlardan asılı hökumət var: “İvanaşvili hakimiyyətə gələndə seçki zamanı vətəndaşlara söz vermişdi ki, qazın qiymətini salacaq, o zaman da müəyyən konflikt yaşandı, amma SOCAR 10 faiz qiymətdə güzəştə getdi, bununla da məsələ çözüldü. İndi Gürcüstanın əlində imkanlar var ki, İrandan, Rusiyadan qaz alsın, bunun üçün hazır infrastruktur var, Gürcüstan hökumətinin əsas 2 tələbi var: 1) Yeni tikdikləri qaz-elektrik stansiyasına əlavə qaz almaq, 2) Əhaliyə satılan qazın qiymətini salmaq. Bu iki tələbi şəxsi maraqları üçün deyil də, ölkələri üçün irəli sürüblər, yəni, Kaladze ölkəsi və vətəndaşı üçün çalışır, şəxsi cibi üçün çalışsaydı, SOCAR çoxdan onunla dil tapardı. Kaladze məcburdur ki, seçkilər öncəsi vətəndaşlarını məmnun etsin. Buna görə də, SOCAR güzəştə getməyə məcbur olacaq, həm əlavə qaz verəcək, həm də vətəndaşlara satdığı qazın qiymətini salacaq”.

Ana səhifəXəbərlərİqtisadçı Rövnəq Abdullayevin açıqlamasına reaksiya verdi