İqtisadçı Oqtay Haqverdiyev vəfat edib

Onun son iş yeri iqtisadiyyat nazirinin müavini və Nazirlər Kabinetinin şöbə müadiri vəzifəsi idi

Source:
Oqtay Haqverdiyev foto sosial şəbəkə
Oqtay Haqverdiyev foto sosial şəbəkə


Onun son iş yeri iqtisadiyyat nazirinin müavini və Nazirlər Kabinetinin şöbə müadiri vəzifəsi idi

Martın 13-ü iqtisadçı, iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev 81 yaşında vəfat edib.

Oqtay Haqverdiyev 1936-cı il mayın 15-də Bakıda doğulub, 1960-cı ildə Xalq Təsərrüfatı İnstitutunu bitirib, 1970-ci illərdə Dövlət Plan Komitəsində çalışıb. Onun son iş yeri iqtisadiyyat nazirinin müavini və Nazirlər Kabinetinin şöbə müadiri vəzifəsi idi.

Oqtay Haqverdiyev “1997-1999-cu illərdə Azərbaycanda strukturun yenidən qurulması və iqtisadi artım Proqramı”nın, “Mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Proqramı”nın, “Dövlət idarəçiliyini təkmilləşdirilməsi konsepsiyası”nın layihələrin müəlliflərindən olub.

Ana səhifəXəbərlərİqtisadçı Oqtay Haqverdiyev vəfat edib