“M
üş
avir
ə
d
ə
he
ç
bir nazir ayd
ı
nl
ı
q g
ə
tirm
ə
yib ki, 2014-c
ü
ild
ə
b
ü
dc
ə
x
ə
rcl
ə
rinin 1.3 milyarddan art
ı
q ixtisar
ı
hans
ı
s
ə
b
ə
bd
ə
n ba
ş
verib”
“Hökumətin 2014-cü ilin yekunları ilə bağlı dünənki müşavirəsinin materiallarını oxuyuram. Bircə tənqid yoxdu, bu cür təbliğat sovet dönəmində olurdu”.
Bu fikirləri müstəqil istisadçı Rövşən Ağayev Facebook səhifəsində yazıb.
İqtisadçı yazıb ki, iqtisadi siyasətin, can atılan inkişafın hədəfi insandırsa, hökumətin fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat toplantılarında belə göstəricilər öndə olmalıdı.
“İclasda səslənən 3 faizlik ÜDM atrımı da, 7 faizlik qeyri-neft sektorunda əldə olunan artım da, həcmi 50 milyard dolları ötən valyuta ehtiyatları da, məbləği 27 milyard dolları aşan investisiyalar da insan üçündü. Lakin həmin toplantıda artımı xarakterizə edən bu rəqəmlər içərisində ölkədə təhsilin, elmin, səhiyyənin gerçək vəziyyətini açıb göstərən bircə göstərici yoxuydu”,- deyə cənab Ağayev bildirib.
Rövşən Ağayev Estoniya hökumətinin fəaliyyətindən misal çəkər yazıb ki, bu ölkə 2012-2015-ci üzrə fəaliyyət proqramında uşaqlar arasında yoxsulluğu 18.1 faizdən 9.5 faizə endirməyi, gənclər arasında işsizliyi 18.7 faizdən 12 faizə salmağı öhdəlik kimi götürüb deyə, hesabatlarda da bu cür konkret göstəricilər əsasında müzakirə açırlar: “Bizdə də bunu asan həll yolu var: uşaqlar arasında yoxsulluq, gənclər arasında işsizlik haqda ümumiyyətlə danışmırsan. Problemi həll eləməyin ən yaxşı yolu, onu danmaqdı. Müşavirədən aydın oldu ki, hökumət nə qədər inkişafdan danışsa da, 2014-cü ildə dövlət büdcəsinin xərcləri nəzərdə tutulandan 6.8 faiz və ya 1,363 milyard manat az icra olunub. Şahin Mustafayev məlumat verib ki, 2014-cü ilin xərcləri 18.7 milyard manat təşkil edib. Halbuki 2014-cü ilin büdcə qanununda büdcənin xərcləri 20.063 milyard manat təsdiqlənmişdi. Daha mühümü, 2009-cu ilin böhranından ötən 5 ildə ilk dəfədir ki, dövlət büdcəsinin xərcləri əvvəlki ilə nisbətən azalır. Belə ki, 2014-cü ildə büdcə xərcləri 2013-cü illə müqayisədə 443 milyon manat (2.3 faiz) azalıb. Halbuki 2013-cü ilin dövlət büdcəsi xərcləri 2012 ilə müqayisədə 1.7 milyard manat (9.7 faiz), 2012-ci ilin xərcləri 2011-ə nisbətən 2 milyard manat (13 faiz), 2010-cu ilin xərcləri 2009-a nisbətən 1.2 milyard manat (11.5 faiz) artmışdı.
Müşavirədə heç bir nazir aydınlıq gətirməyib ki, 2014-cü ildə büdcə xərclərinin 1.3 milyarddan artıq ixtisarı hansı səbəbdən baş verib, hansı xərclər ixtisar olunub və belə ixtisarın sosial-iqtisadi nəticələri heçmi yoxdu?”.