İqtisadçı Natiq Cəfərli haqda 4 ay həbs qətimkan tədbiri seçildi (yenilənib)

Son məlumata görə Natiq Cəfərlini Nəsimi Rayon Məhkəməsinə aparıblar

Source:

Avqustun 12-də Nəsimi Rayon Məhkəməsi ReAL İdarə Heyyətinin üzvü, iqtisadçı Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. N.Cəfərli Cinayət Məcəlləsinin(CM) 192-ci maddəsi (qanunsuz sahibkarlıq) ilə ittiham olunur.

N.Cəfərli gecə saat 23:00 radələrində Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. O, bu barədə vəkil Cavad Cavadova telefonla məlumat verib.

“Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir”, – vəkil Azadlıq Radiosuna deyib .

C.Cavadov bildirib ki, avqustun 14-dən vəkil kimi N.Cəfərlinin müdafiəsinə qoşulacaq.

İqtisadi-siyasi şərhləri ilə tanınan N.Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış “Respublikaçı Alternativ” (REAL) hərəkatının həmtəsisçisidir. Bir müddət əvvələ qədər N.Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.

Ana səhifəXəbərlərİqtisadçı Natiq Cəfərli haqda 4 ay həbs qətimkan tədbiri seçildi (yenilənib)