meyvə-tərəvəz

Mənbə: meydan tv

Başlıq: meyvə-tərəvəz

İqtisadçı: Meyvə-tərəvəzin, konkret olaraq, pomidorun qiyməti enməyib, qalxıb

Məqalə yeniləndi:  12 İyul 2019

Statistika Komitəsi qiymətlərlə bağlı məlumat yaydı

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2% artıb.

Məlumatı APA Dövlət Statistika Komitəsinə istinadən yayıb.

Bildirilib ki, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1% azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri sabit qalıb.

Komitənin məlumatında meyvə-tərəvəz məhsullarının qiymətində dəyişiklik baş vermədiyi qeyd olunub.

İqtisadçı Toğrul Maşallı komitənin məlumatını Meydan TV-yə şərh edərkən bildirib ki, rəsmi statistikaya uyğun götürülsə, düzgün hesablandığını güman etmək olar. Sadəcə, bir sıra məhsulların qiymətinin enməsi mövsümü amillə əlaqədardır:

“Əslində, komitə mövsümü amillə bağlı məhsulları kənara qoymalı, hesablamamalıdır. Çünki mövsümdən asılı olaraq müəyyən məhsulların qiyməti azala və arta da bilər. Ona görə komitə illərə nisbətdə hesablamalıdır”.

İqtisadçı Toğrul Maşallı

İqtisadçı Toğrul Maşallı

Mənbə: Facebook

İqtisadçı məlumatların inandırıcı olmadığını düşünür:

“Bazara hər birimiz gedirik. Meyvə-tərəvəzin, konkret olaraq, pomidorun qiyməti enməyib, qalxıb. Dövlət Statistika Komitəsi bunları nisbi olaraq təsdiqləyir, məsələn, pomidorun qiyməti 1.5 manatdırsa, məlumatda 1.1 qeyd olunur, yəni həmişə fərq var. Maraqlıdır ki, 2019-cu il üçün yanvar-iyun ayları üzrə qiymət cədvəlində, albalı, gilas, alça, gavalı, ərik, şaftalı, heyva, nar, xurma, qarpız, yemiş, üzüm və çiyələyin qiymətlərini göstərməyiblər. Sadəcə qeyd olunub ki, heyva və nardan başqa, digər məhsulların qiymətləri keçən ilə nisbətdə ucuzlaşıb. Düzdür, keçən ilin müvafiq dövrünə aid olan qiymətlər bizdə var. Amma onların göstərdiyi nəticəni yoxlamaq üçün, bu il üçün də qiymətləri yerləşdirmək lazım idi. Əks halda, bu heç də DSK-nin məlumatlarına inamı artırmır. Ona görə də komitənin ərzaq məhsulları üzrə rəqəmləri inandırıcı gəlmir. Amma texnologiyaya aid ləvazimatların qiymətləri yay aylarında enir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 İyul 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7m2tw0

Ən çox baxılan