İqtisadçı: Hökumət əlavə haradan qaz tapıb ki, ixracı artırıb?!

Ölkənin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Source:


Ölkənin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Sentyabrın 5-də səhər saat 10-dan orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Bundan əlavə, birlik

bildirir

ki, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, dünyada qaz satışı müqavilələri "ya al, ya ödə" prinsipi ilə imzalanır, yəni satıcı alıcıya vəd etdiyi həcmdə qaz verməsə, çatışmayan həcmin pulunu ödəməlidir:

“Son həftələr, aylar Azərbaycanın müxtəlif rayonlarında, hətta Bakı və ətrafında sistemli şəkildə qaz kəsintiləri olur. Bu kəsintilər əhaliyə verilən qaz limitinin artmasından sonra daha da çoxalıb. Hökumət əhaliyə qazı (limitlə) 1000 m3-ni 100 manata, yəni 59 dollara satır. Halbuki, əhaliyə satılan qazın həcminə yaxın BP-dən səmt qazını illərdir pulsuz alır”.

İqtisadçı sual edir ki, niyə yayın oğlan çağında, qaz istehlakının təbii olaraq azaldığı aylarda (evləri isitmək lazım deyil ən azından), əhalinin qazını kəsirlər:

“Mənim bir ehtimalım var. Hələ bu ilin avqustunun məlumatları çıxmayıb, 2018-ci ilin iyul ayı ilə 2019-cu ilin iyul ayını müqayisə edək:

– 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədən 749 mln. dollar dəyərində 4 mlrd. 049 mln m3 qaz ixrac edib, hər 1000 m3 qazı 185 dollara, yəni 315 manata düşür.

– 2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 mlrd. 262 mln. dollar dəyərində 6 mlrd. 709 mln m3 qaz ixrac olunub, hər 1000 m3 188 dollara, yəni 320 manata düşür”.

Natiq Cəfərli deyir ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında qaz ixracı 60 faizdən çox artıb:

“Deyə bilərlər ki, bəs hasilat da artıb axı, doğrudur. Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında hasilat 34 faiz artıb, amma ixrac 60 faizdən çox artıb axı. Sual yaranır. Hökumət əlavə hardan qaz tapıb ki, ixracı artırıb?!”

İqtisadçı düşünür ki, hökumət qazı Rusiyadan ala bilər. Amma nə keçən il, nə bu il qaz alınması ilə bağlı rəsmi məlumat yoxdur:

“Rusiya mənbələrinə baxdım, Azərbaycana qaz ixracı olmayıb. Deməli, hökumət götürdüyü öhdəlikləri yerinə yetirmək və daha çox qazanmaq üçün öz xalqının, əhalinin qazını kəsib Gürcüstana və Türkiyəyə satır. Mənim gəldiyim qənaət budur. Əgər rəsmi qurumlar bunun əksini sübut edə bilirlərsə, buyursunlar, çıxaq efirdə danışaq”.

Ana səhifəXəbərlərİqtisadçı: Hökumət əlavə haradan qaz tapıb ki, ixracı artırıb?!