İqtisadçı həyəcan təbili çalır: 4 milyard itib

”Maliyyə Nazirliyi milyardla ölçülən maliyyənin izinin yoxa çıxmasını sükutla qarşılaya bilməz”

Source:


”Maliyyə Nazirliyi milyardla ölçülən maliyyənin izinin yoxa çıxmasını sükutla qarşılaya bilməz”

“Sərmayə adına 4 milyard manata yaxın maliyyə vəsaitinin izi-tozu itib. Sanki bir parça yağlı əppək olub qeybə çəkilib. İmkanı olan hər kəs sorğu versin, sual etsin! Bəlkə yerini tapmaq mümkün oldu”.

Bu fikirləri öz “Facebook” səhifəsində iqtisadçı Nemət Əliyev paylaşıb.

Nemət Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin “ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur”

açıqlamasını

xatırladıb.

İqtisadçı əlavə edib ki, müşavirədən sonra, yanvarın 24-də Dövlət Statistika Komitəsi yaydığı hesabatda ölkə iqtisadiyyatına 2016-cı ildə cəmi 14,9 milyard manat məbləğində sərmayə yatırıldığını qeyd edib.

Hesabatda

hətta sərmayələrin yönəldiyi ümumi istiqamətlər də sadalanıb.

“14,9 milyard manatı çevirsək, 9,3 milyard dollar alınar. Beləliklə, arada 2,4 milyard dollar (11,7 – 9,3) və ya 3,84 milyard manat fərq yaranır. Sual da bundadır ki, bəs dövlət başçısının haqqında danışdığı sərmayənin 2,4 milyard dolları haradadır? Hansı sahələrə sərmayə edilib? Bir neçə milyardın konkret halda kimə və ya hansı təşkilata verilməsi məsələsinə aydınlıq gətirilməlidir. Dövlət nəzarətini həyata keçirən Maliyyə Nazirliyi milyardla ölçülən maliyyənin izinin yoxa çıxmasını sükutla qarşılaya bilməz və qarşılamamalıdır. Hesablama Palatası da bu məsələni yola verməli deyil. Çünki dərin iqtisadi böhran dövrünü yaşayan ölkəmizin indi o milyardlara çox ehtiyacı var”,-deyə Əliyev fikirini yekunlaşdırıb.

Ana səhifəXəbərlərİqtisadçı həyəcan təbili çalır: 4 milyard itib