Milli Məclis

Mənbə: Foto: Meydan tv

Başlıq: Milli Məclis

İqtisadçı: Gələn il deputatların maaşlarının artacağı gözlənilir

“Son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir”

“2020-ci ildə deputat və məmurların əmək haqlarının artacağı gözlənir. Çünki gələn ilin büdcə layihəsində idarəetmə xərcləri üzrə ayırma artıb”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, əslində idarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərclərinin rasionallaşdırılması olmalıdır. Ancaq büdcə məlumatlarına istinadən demək olar ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir:

“Bu bölümə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində 827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb”.

İqtisadçı deyir ki, 2018-ci ildə bu vəsaitin 65, 2019-cu ildə 60, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu, o deməkdir ki, gələn ildən deputatların və məmurların maaşları artacaq.

Vaxtaşırı deputatlar maaşlarının azlığından şikayətlənirlər. Parlament iclaslarında əmək haqlarının az olduğunu dilə gətirirlər.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: Meydan tv

2018-ci ilin mayında onların maaşları artırılıb. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyə əsasən, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980 manat, komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat maaş alır. Həmçinin parlamentarilər deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

Bundan əlavə, qanunvericiliyə əsasən, pensiya yaşına çatmış sabiq deputat Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və onun orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rcgde6

Ən çox baxılan