İqtisadçı: Əhalinin gəlirləri azalıbsa, pullar haraya, kimlərin cibinə axıb?

İqtisadçı bildirir ki, bahalaşmadan qazananlar əhalini, iqtisadiyyatı düşünməyib.

Source: Specify Source


"Təkcə yanvar-aprel ayları ərzində bahalaşmadan 5 milyarda yaxın qazanc götürülüb"

Azərbaycanda bu il bahalaşmanın faizi artıb.

Rəsmi rəqəmlərə görə, bu ilin yanvar-may aylarında qiymət artımı 4.2 faizə yüksəlib.

İqtisadçı Nemət Əliyev deyir ki, təkcə bu ilin yanvar-aprel ayları ərzində – 4 aylıq bahalaşmadan 5 milyarda yaxın qazanc götürülüb, çünki Azərbaycan bu ilin yanvar-aprel dövründə ixrac etdiyi malları 36,4 faiz bahasına satıb: “Dövlət Statistika Komitəsi də açıqlayıb ki, yanvar-aprel aylarında xaricə 6 milyard dollarlıq mal satılıb. Odur ki, 4 aylıq bahalaşmadan 1,6 milyard dollar qazanc götürülüb (6 – 6 ∶ 1,364 ≈ 1,6). Bu qədər qazancın 94 faizdən çoxu neft sektorunun hesabınadır. Ölkədaxili məhsul bazarlarında ümumi qiymətlərin 20 faiz bahalaşmasını da nəzərə alıb sadə hesablamanı davam etdirsək, o zaman daxili ticarətdən də bahalaşma hesabına daha 2,0 milyard manat və ya 1,2 milyard dollar qazanc əldə olunması üzə çıxar (12 – 12 ∶ 1,2 ≈ 2,0; burada 12-milyard manatla pərakəndə ticarət dövriyyəsinin həcmidir)”.

İqtisadçı bildirib ki, bununla da 4 aylıq ixracın və daxili ticarətin bahalaşmasından üst-üstə 2,8 milyard dollar və ya 4,8 milyard manat gəlir əldə olunub: “İmkanların bu dərəcədə artmasına baxmayaraq, ölkədə orta aylıq əməkhaqqının nominal ölçüsü qeyd olunan dövrdə 2 faizə yaxın azalıb. Əsas kapitala yatırımlar isə 9 faizə yaxın düşüb. Bəs bahalaşmadan 5 milyarda yaxın gəlir götürüldüyü halda, orta aylıq əməkhaqqı nə üçün azalıb? Əldə olunan qazanclar hansı səbəblərdən ölkə iqtisadiyyatına investisiya edilməyib? Əhalinin gəlirləri azalıbsa, pullar haraya, kimlərin cibinə axıb?”

İqtisadçı bildirir ki, bahalaşmadan qazananlar əhalini, iqtisadiyyatı düşünməyib. Odur ki, bu ziddiyyətli vəziyyətə aydınlıq gətirmək, izahat vermək hökumətin borcudur.

Nemət Əliyev
Nemət Əliyev

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, pandemiya dövründən bu yana Azərbaycanda 1 kiloqram buğda ununun orta qiyməti 1 manat 9 qəpikdən 1 manat 20 qəpiyə, qarışıq undan çörək (1kq) 1 manat 4 qəpikdən 1 manat 13 qəpiyə, çovdar çörəyi (1 kq) 1 manat 18 qəpikdən 1 manat 25 qəpiyədək bahalaşıb.

Vermişel və makaronun orta qiyməti isə həmin vaxt ərzində 1 manat 84 qəpikdən 2 manat 2 qəpiyə yüksəlib. Başqa deyimlə, 18 qəpik və ya 10 faiz artıb.

Məhsulların orta qiyməti ilə bağlı hesablamalarından görünür ki, 2020-ci ilin martında Azərbaycanda uzun düyünün 1 kiloqramı 3 manat 52 qəpiyə, yumru düyünün 1 kiloqramı isə 2 manat 6 qəpiyə satılıb.

Hazırda bu göstəricilər, uyğun olaraq, 3 manat 82 qəpik və 2 manat 25 qəpikdir. Beləliklə, pandemiya dönəmində ölkədə uzun düyünün qiymətində 30 qəpik (9 faiz), yumru düyünün qiymətində isə 19 qəpik (10 faiz) artım gözə çarpıb.

684432_521812.jpg
Dövlət Statistika Komitəsi

Pandemiya dövründə mal ətinin orta qiymətində nisbi azalma olub, ancaq qoyun və toyuq əti bahalaşıb.

Ötən ilin martında ölkədə bir kiloqram qoyun ətinin orta qiyməti 11 manat 67 qəpik idisə, hazırda bu rəqəm 11 manat 81 qəpikdir. Toyuq ətinin qiyməti də həmin müddətdə 4 manat 54 qəpikdən 4 manat 69 qəpiyə yüksəlib.

Ən çox artım müşahidə edilən ərzaq məhsullarından biri kolbasadır. Pandemiya müddətində hisə verilmiş 1 kq kolbasanın qiyməti 11 manat 64 qəpikdən 13 manat 90 qəpiyədək – 1 manat 26 qəpik bahalaşıb. Suda bişmiş kolbasanın qiymətindəki artım məbləği isə 80 qəpikdir. Eyni zamanda, süd, uşaq qidaları və yağ məhsullarının da qiymətində artım olub.

Ana səhifəSosialİqtisadçı: Əhalinin gəlirləri azalıbsa, pullar haraya, kimlərin cibinə axıb?