İqtisadçı: Bunu islahatlar adlandırmaq çətindir

Prezidentin yol xəritələrinin uğurla başa çatdırılması və 2021-2025 illər üçün yeni proqram hazırlanması barədə dediklərinə gəlincə, iqtisadçı bu istiqamətdə hesabatlılığın olmamasından təəssüfləndi:

Source: Foto: Azərtac


''Yol xəritələrinin hesabatlılığı yoxdur''

2019-cu ilin birinci rübündə Azərbaycanda sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb.

Bunu Azərbaycan prezidenti

İlham Əliyev

Nazirlər Kabinetinin birinci rübün sosial-iqtisadi nəticələrinə həsr edilən toplantısında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, qeyri-neft sektorunda istehsal daha çox sevindirir.

O bildibir ki, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb, inflyasiya 2,1 faiz olub.

İlham Əliyevin sözlərinə görə, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, bunun da 2 milyardı qeyri-neft sektoruna yatırılıb.

“Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə – 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vergilər toplayıblar”.

Bundan başqa İlham Əliyev deyib ki, həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var.

“Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaq. Biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik”.

Məlumatları Meydan TV üçün şərh edən iqtisadçı Toğrul Maşallı büdcə daxilolmalarında artımı leqallaşmanın cəhdi kimi qiymətləndirib.

toğrul-maşallı.jpg
Toğrul Maşallı

O deyib ki, əvvəllər gömrükdən hansısa malı qeyri-leqal keçirirdilərsə, indi leqal keçirirlər:

“Amma büdcə daxilolmalarının artımı həm də Vergi Məcəlləsinə edilən dəyişikliklərin göstəricisidir. Br çox sahibkarlar gəlir vergisi sisteminə keçiblər və eyni zamanda, ödənişləri artırmağa məcbur olublar. Ona görə bunu islahatlar adlandırmaq bir qədər çətindir. Çünki Vergi Məcəlləsindəki dəyişikliklər sistemin dəyişikliyi deyil. İslahat adətən vergi sisteminin dəyişikliyini nəzərdə tutur, məcəlləyə edilən əlavə və dəyişiklikləri yox. Şəffaflıq mənasına gəldikdə, xüsusən kiçik sahibkarları daha şəffaf işləməyə inzibati üsul vasitəsilə məcbur edirlər. Ancaq bu, hökumətin şəffaflığı sayıla bilməz və hökumət özü də daha şəffaf işləməlidir. Təəssüf ki, bu, görünmür”.

“Sənaye, qeyri-neft, kənd təsərrüfatında artım rəqəmləri inkişaf göstəricisi sayıla bilərmi” sualına gəldikdə, Toğrul Maşallı bildirib ki, əslində, qeyri-neft yox, emal sektorundan danışılmalıdır.

“Tütün, içki istehsalı artıb. Bu sahələrin inkişafı birbaşa istehlak bazarı ilə bağlıdır, çünki siqaret istehsalının artımı iqtisadiyyatın inkişafı hesab edilə bilməz. Sənayenin inkişafı dedikdə, maşın və velisoped istehsalı artmalıdır. Amma velisoped zavodu öz mağazalarını bağlayıb və ötən il bir velisoped də istehsal olunmayıb. Bu il də temp davam edir”.

Başqa bir narahatedici məqam kimi iqtisadçı, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması statistikasını qeyd edib.

“Bu sərmayənin 2 milyardı qeyri-neft sektoruna yatırılıb. Dövlət Statistika Komitəsi ümumən sərmayələr barədə xəbəri yalnız illik olaraq verir. Amma qeyri-neft sektoru olaraq bizdə sənaye başa düşülür. Sənayeyə yatırımlar isə “əsas kapitala yönəldilmiş vəsait” adlanır. Bu barədə DSK aylıq statistika ilə paylaşır. Aprel ayında dərc olunmuş statistikadan bilirik ki, “bütün maliyyə mənbələrindən əsas kapitala 2699,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 % az vəsait yönəldilib”. Düzdür, qeyri-neft sektoruna yatırılmış vəsaitlər 6% artıb. Yatırılmış vəsaitlərin ən azı 22,6% birbaşa olaraq büdcədən təmin edilib”.

Prezidentin yol xəritələrinin uğurla başa çatdırılması və 2021-2025 illər üçün yeni proqram hazırlanması barədə dediklərinə gəlincə, iqtisadçı bu istiqamətdə hesabatlılığın olmamasından təəssüfləndi:

“Qeyd edilir ki, 50 faiz yerinə 52 faiz yerinə yetirilib. Amma nə yerinə yetirilib sualı açıq qalır. Eyni zamanda, strateji yol xəritələrində göstərici yoxdur. Regionların inkişafı ilə bağlı isə dördüncü proqram təsdiqlənsə də, sənəd rəsmən dərc olunmayıb. Beləliklə, hesabatlılığın olmaması və sənədlərin rəsmi mətbuatda dərc olunmaması üzündən uğurlu olub-olmaması haqda fikir söyləmək olmur”.

Ana səhifəXəbərlərİqtisadçı: Bunu islahatlar adlandırmaq çətindir