İqtisadçı: Bazarlardan sıxışdırılıb çıxarılmışıq

Source:
Nemət Əliyev
Nemət Əliyev

”İtkilər 2015-ci ildən sonra xroniki hal alıb”

“Azərbaycan ötən illə müqayisədə neft məhsulları ixrac etdiyi bazarların 51 faizini itirib”.

İqtisadçı Nemət Əliyev belə deyir.

“Bu il ötən ilə nəzərən neft məhsulları ixrac etdiyimiz bazarların 51 faizindən sıxışdırılıb çıxarılmışıq. 2016-cı ildəki satış bazarlarının 82 faizi, 2015-ci ildəki satış bazarlarının 84 faizini itirmişik”.

Dövlət Gömrük Komitəsinin “yanvar” dövrünə dair açıqladığı

məlumat

a görə, Dövlət Neft Şirkəti 2018-ci ildə 28 260.95 min ton neft məhsulları ixrac edib.

Nemət Əliyev deyir ki, bu göstərici 2017-ci ildə 57,7 min ton, 2016-cı ildə 159,6 min ton, 2015-ci ildə 178,5 min təşkil edib:

“İtkilər 2015-ci ildən sonra xroniki hal alıb. Bu il də davam edir. Son 3 ildə bu çeşid üzrə mal ixrac dövriyyəsinin 6 dəfədən çoxu əlimizdən çıxıb. Belə bir acınacaqlı vəziyyət ixracdan gəlirlərimizin də mütəmadi şəkildə azalması ilə müşayiət olunub. Neft məhsullarının xaricə satışından gəlirlərimiz son bir ildə 26,5, son iki ildə 49, son üç ildə isə 71 faiz azalıb”.

İqtisadçı bildirir ki, bu rüsvayçı nəticələr düşünmək və daşınmaq üçün ciddi əsaslar yaradır:

“Hanı neftin hasilatı və emalı, neft məhsullarının satışı üzrə illərlə toplanmış təcrübə? Niyə özünü göstərə bilmir? Dövlət Neft Şirkətinin qısa zaman kəsiyində xarici bazarlardan bu sürətlə sıxışdırılıb çıxarılmasını normal məntiqlə izah etmək mümkün deyil. Belə çıxır ki, illərlə bu sahəni idarə edənlər hələ də bazarları öyrənə, oyun qaydalarını mənimsəyə, göstəriciləri xarici bazarların tələblərinə uyğunlaşdıra bilməyiblər”.

İqtisadçı deyir ki, bu sahədə ciddi dönüş yaratmaq üçün Dövlət Neft Şirkətinin rəhbərliyində və idarəçiliyində köklü islahatlara zərurət yaranıb.

Ana səhifəXəbərlərİqtisadçı: Bazarlardan sıxışdırılıb çıxarılmışıq