İqtisadçı: ARDNF-in martda satdığı valyuta son 4 ilin ən aşağı göstəricisidir

İqtisadçı bildirib ki, 2021-ci ilin I rübün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir

Source: Foto: Meydan TV


"397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb"

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən martdakı valyuta hərraclarında 397,7 milyon ABŞ dolları məbləğində vəsait

satılıb

.

Bu, ondan əvvəlki, fevral ayı ilə müqayisədə azdır.

Fevraldakı valyuta hərraclarında 437,3 milyon dollar satmışdı.

İqtisadçı Samir Əliyev deyir ki, ARDNF-in mart ayında satdığı valyutanın həcmi 2017-ci ildən sonra, yəni son 4 ilin ən aşağı göstəricisidir.

Onun sözlərinə görə, Fond tərəfindən satılan valyutanın həcmi 2017-ci ilin martında 250 milyon dollar, 2018-ci ilin martında 647 milyon dollar, 2019-cu ilin martında 600,5 milyon dollar olub: “Ötən ilin müvafiq dövründə isə Fond 1 milyard 928,3 milyon həcmində dollar satmışdı”.

Samir Əliyev
Samir Əliyev

İqtisadçı bildirib ki, 2021-ci ilin I rübün nəticələri valyuta satışında qənaətin olduğunu göstərir: “Belə ki, 3 ay üzrə satılması nəzərdə tutulan valyutanın həcmi orta hesabla 1,8 milyard dollar olmalı olduğu halda, reallıqda satılan valyutanın həcmi daha az – təxminən 1,5 milyard dollar olub”.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard dollar azdır: “Yola saldığımız rübdə 314 milyon dollarlıq valyutaya qənaət edilib”, – Samir Əliyev bildirib.

2020-ci ildə isə ARDNF tərəfindən valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.

Ana səhifəİqtisadiyyatİqtisadçı: ARDNF-in martda satdığı valyuta son 4 ilin ən aşağı göstəricisidir