Prezident Administrasiyasının nümayəndələri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüş keçirəcək
“Report”un əldə etdiyi məlumata görə, görüşün tarixi yaxın günlərdə açıqlanacaq. Hazırda bu istiqamətdə iş aparılır.
Məlumata görə, növbəti iqtidar-müxalifət görüşünün təşkil edilməsi isə gündəmdə deyil.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Report”a açıqlamasında deyib ki, üç həftə öncə 10-dan çox qeyri-hökumət təşkilatı Prezident Administrasiyasına müraciət edib: “Müraciətdə konkret məsələlərərin müzakirəsi üçün görüş keçirilməsi xahiş olunub. Yəqin ki, bu müraciətə müsbət cavab veriləcək”.