İqbal Ağazadənin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Partiya sədri məhkəmədən həbssiz cəza verməsini xahiş edib

Fotonun mənbəyi: İqbal Ağazadənin “Facebook” səhifəsi


Partiya sədri məhkəmədən həbssiz cəza verməsini xahiş edib

Ümid Partiyasının sədri İqbal Ağazadəyə qarşı 165 min manatlıq dələduzluqda ittiham olunan Sərməs Tağıyevə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə çıxarılan hökmə əsasən, daşınmaz əmlak alqı-satqısıyla məşğul olan S.Tağıyev İ.Ağazadəyə qarşı dələduzluqda təqsirli bilinsə də, ona 5 il 6 ay şərti cəza verilib. Çünki İ.Ağazadə də məhkəməyə ərizə göndərərək barışdıqlarını bildirib, S.Tağıyevin ailə vəziyyətinin ağırlığına görə ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

S.Tağıyev həbsdə idi, o, məhkəmə zalından azadlığa buraxılıb.

S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, Ramin Hüseynlinin adına İpoteka Fondundan 70 min manat kredit götürməyə kömək etmək adıyla 4 min manat pul alıb. İbrahim Cəbiyev üçün isə İpoteka Fondundan 50 min manat kredit götürmək vədiylə 10 min manat pul alıb. Bu pullar Xırdalan şəhərində Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində alınıb.

S.Tağıyev 2016-cı ildə bu əməllərə görə 8 il azadlıqdan məhrum edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsi onu şərti cəza ilə azadlığa buraxıb.

Ana səhifəXəbərlərİqbal Ağazadənin pulunu mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub