Intizam Komissiyası Zahid Orucun məsələsinə baxacaq

”Zahid Oruc kimi cavan deputat Oqtay Əsədovla söz güləşdirməməli idi”

Source:
Ağacan Əbiyev
Ağacan Əbiyev


”Zahid Oruc kimi cavan deputat Oqtay Əsədovla söz güləşdirməməli idi”

“Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. Ancaq Milli Məclis üzvünün Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

A. Abıyev bildirib ki, Milli Məclis sədrini Milli Məclisin üzvləri seçib: “Spikerin vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi”.

A. Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb: “Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq”.

Ana səhifəXəbərlərIntizam Komissiyası Zahid Orucun məsələsinə baxacaq