İntiqam Əliyevlə bağlı iki məhkəmə keçirilib

İntiqam Əliyev ev dustaqlığına buraxılmayıb

Source:



İntiqam Əliyev ev dustaqlığına buraxılmayıb

Sentyabrın 12-də Nəsimi rayon məhkəməsində hüquqşünas İntiqam Əliyevin işi üzrə iki məhkəmə prosesi keçirilib. Bu barədə Meydan Tv-yə İ.Əliyevin vəkili Anar Qasımlı məlumat verib. Onun sözlərinə görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən ilk iclasda  İ.Əliyevin barəsində çıxarılmış həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətə baxılıb.: “Hər iki məhkəmə qapalı keçirilib. Hakim E.İsayev ev dustaqlığı ilə bağlı vəsatətimizi təmin etməyib”.

Vəkil bildirib ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən növbəti məhkəmə isə İ.Əliyevin evində və ofisində aparılan axtarışlar zamanı yol verilən qanun pozuntuları ilə əlaqədar qaldırılan vəsatətlə bağlı olub: “Hakim Şəlalə Həsənova axtarış zamanı qanun pozuntusu baş vermədiyi qənaətinə gəlib. Bu vəsatətimiz də təmin olunmayıb”. Anar Qasımlının sözlərinə görə, mətbuata məhkəmələr barədə öncədən məlumat verilməməsi İ.Əliyevin istəyi olub: “İ.Əliyevin təşəbbüsü ilə məhkəmənin vaxtı və yeri barədə məlumat öncədən mediada yayımlanmayıb. İ.Əiyev bunu onunla izah edib ki, o, insanların əziyyət çəkib, məhkəmə qarşısına toplaşmasını istəmir”. Vəkil hər iki qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Ana səhifəXəbərlərİntiqam Əliyevlə bağlı iki məhkəmə keçirilib