İntiqam Əliyevin udduğu və qərar mərhələsində olan işləri (SİYAHI)

AXCP sədri Əli Kərimlinin pasport işi qərar mərhələsindədir

Source:

AXCP sədri Əli Kərimlinin pasport işi qərar mərhələsindədir

Həbs edilən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyevin Avropa Məhkəməsində udduğu, kommunikasiyası başa çatmış və qərarların qəbulu mərhələsində olan işlərin siyahısını vəkili Anar Qasımlı Meydan TV-yə təqdim edib.

 İntiqam Əliyevin Avropa Məhkəməsində udduğu işlərin siyahısı:

1. Nabat Ramazanova və başqalarının işi (birləşmək azadlığı ilə bağlı iş), 11-ci maddə.

2. Şeyda Nəsiblinin işi (birləşmək azadlığı ilə bağlı iş), 11-ci maddə.

3. Sabir İsrafilov və “Təbiəti Mühafizə” Cəmiyyətinin işi (birləşmək azadlığı ilə bağlı iş), 11-ci maddə.

4. Rövşən Mahmudov və Yaşar Ağazadənin işi (ifadə azadlığı ilə bağlı iş), 10-cu maddə.

5. Sarvan Rizvanovun işi (pis rəftarla bağlı iş), 3-cü maddə.

6. Ramiz Nəcəflinin işi (pis rəftarla bağlı iş) 3-cü maddə.

7. Namət Əliyevin işi (seçki işi), 1 saylı Protokolun 3-cü maddəsi.

8. Əli Kərimlinin işi (seçki işi), 1 saylı Protokolun 3-cü maddəsi.

9. Qulamhüseyn Əlibəylinin işi (seçki işi), 1 saylı Protokolun 3-cü maddəsi.

10. Arif Hacılının işi (seçki işi), 1 saylı Protokolun 3-cü maddəsi.

11. Səyyarə Heydərovanın işi (məhkəmə qərarının icra olunmaması ilə bağlı iş), 1 saylı Protokolun 1-ci maddəsi.

12. Aybəniz Yusifovanın işi (məhkəmə qərarının icra olunmaması ilə bağlı iş), 1 saylı Protokolun 1-ci maddəsi.

13. Qəhrəman Adıgözəlovun işi (məhkəmə qərarının icra olunmaması ilə bağlı iş), 1 saylı Protokolun 1-ci maddəsi.

14. Sabir Cəfərov və “Faber” firmasının işi (məhkəmə qərarının icra olunmaması ilə bağlı iş), 1 saylı Protokolun 1-ci maddəsi.

15. Arif Hacılının işi (2003-ün oktyabr hadisələri ilə bağlı iş)

16. Tacir Lahıcovun işi (Konvensiyanın 6-cı maddəsi)

17. Bəybala Əbilin işi (seçki işi), 1 saylı Protokolun 3-cü maddəsi.

18. İntiqam Əliyev və başqalarının işi (birləşmək azadlığı ilə bağlı iş), 11-ci maddə.


Hökümətin pozuntunu tanıması ilə bağlı siyahıdan çıxarılan işlər:

1. Soin Seydiyevanın işi (Konvensiyanın 6-cı maddəsi)

2. Samira Madjinovanın işi (məhkəmə qərarının icra olunmaması ilə bağlı iş), 1 saylı Protokolun 1-ci maddəsi.

3. İsa Qəmbərin işi (2005-ci ilin seçki işi) 1 saylı Protokolun 3-cü maddəsi.

4. Mirmahmud Fəttayevin işi (2005-ci ilin seçki işi) 1 saylı Protokolun 3-cü maddəsi.

5. Eldar Namazovun işi (2005-ci ilin seçki işi) 1 saylı Protokolun 3-cü maddəsi.

6. Yaqub Məmmədovun işi (2005-ci ilin seçki işi) 1 saylı Protokolun 3-cü maddəsi.

7. Fuad Mustafayevin işi (2005-ci ilin seçki işi) 1 saylı Protokolun 3-cü maddəsi.

8. İlham Həsənovun işi (2005-ci ilin seçki işi) 1 saylı Protokolun 3-cü maddəsi.

9. Etimad Əsədovun və başqalarının işi (birləşmək azadlığı ilə bağlı iş), 11-ci maddə.

Qeyd: Bu şikayətlər üzrə qanunlardan bəziləri ayrılıqda çıxarılıb, bəziləri isə qrup şikayətlər formasında (məsələn, Əli Kərimli ilə Qulamhüseyn Əlibəylinin seçki şikayətləri bir qərar formasında çıxarılıb; İsa Qəmbər, Mirmahmud Fəttayev, Eldar Namazov, Yaqub Məmmədov, Fuad Mustafayev, İlham Həsənovun şikayətləti bir qərarda (hökümətin pozuntunu tanıması nəticəsində siyahıdan çıxarılma barədə bir qərar formasında çıxarılıb).


Kommunikasiyası başa çatmış və qərarların qəbulu mərhələsində olan işlər

:

1. Becan Fərzəliyevin işi (Naxçıvan MR-nın keçmiş Baş Naziri olub)

 2. Sakit Zahidovun işi (Mirzə Sakit) (Narkotik işi)

 3. Əli Kərimlinin pasport işi

 4. Həsən Kərimovun 2005-ci ilin parlament seçkiləri ilə bağlı işi

 5. 2010-cu ilin parlament seçkiləri ilə bağlı 40-dan çox iş

6. AXCP fəalı Elçin Həsənovun işi ( Gül Bayramında zorakılıq faktı ilə bağlı iş)

 7. AXCP fəalı Xalid Qarayevin işi (Tarif Şurasının qərarına etiraz mitinqində polis zorakılığı ilə bağlı iş )

8. Mustafa Debirovun işi (Balakən Televiziyasına lisenziya verilməsindən imtina ilə bağlı iş) və s.

İntiqam Əliyev 8 avqustda həbs edilib. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunur. İ. Əliyev ittihamları qəbul etmir və bu həbsi fəaliyyəti ilə bağlayır.

Ana səhifəXəbərlərİntiqam Əliyevin udduğu və qərar mərhələsində olan işləri (SİYAHI)