İntiqam Əliyevin səhhəti pisləşib

Hüquqşünas səhhətinin pisləşdiyinə görə ailəsi ilə görüşü yarımçıq qoyub

Source:



Hüquqşünas səhhətinin pisləşdiyinə görə ailəsi ilə görüşü yarımçıq qoyub

7 noyabrda Bakı İstintaq  Təcridxanasında saxlanılan hüquqşünas İntiqam Əliyev qızı Nərmin Kamilsoyla görüşüb. Bu barədə N. Kamilsoy Meydan TV-yə məlumat verib. O deyib ki, İntiqam Əliyevin səhhəti günü-gündən pisləşir. “O, şiddətli baş ağrılarından və yuxusuzluqdan əziyyət çəkir. 15 gündür ki, yuxusuz qaldığını deyən İ. Əliyev ayaq üstündə durmağa çətinlik çəkir. Qəbul etdiyi dərmanlar nəticə verməməklə yanaşı psixoloji durumuna kəskin mənfi təsir göstərir. Kamera şəraitində hərəkətsiz qaldığına görə ayaqlarında qıcolma baş verir. Xəstəlikləri ilə əlaqədar normal qidalanmır, yatmır və bu da onun fiziki vəziyyətini və müqavimətini zəiflədir. Bizə verilən 4 saatlıq görüşün yalnız 2 saatını ayaq üstdə dura bildi və sağollaşıb getdi. İndiki vəziyyətdə onun həbsxana hospitalına köçürülməsi zəruridir”.

İntiqam Əliyev bir müddət öncə Onkologiya Mərkəzində müayinə olunub. Verilən məlumata görə onun boynunda osteoxondroz (duzlaşma),belində isə pratuziya (yırtıq) yaranıb. Müalicə ambulator şəraitində aparılır.

Ana səhifəXəbərlərİntiqam Əliyevin səhhəti pisləşib