İntiqam Əliyevin qızı prokurorluqda dindirilib

“Qardaşıma dedilər ki, 1-2 günə onu da dindirəcəklər”

Source:


“Qardaşıma dedilər ki, 1-2 günə onu da dindirəcəklər”

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Əliyeva sentyabrın 23-də Baş Prokurorluqda dindirilib.

Azadlıq Radiosuna dindirilməsi barədə məlumat verən Nərmin Əliyevanın dediyinə görə, o, şahid qismində ifadə verib:

“Qardaşımı və məni çağırmışdılar, ancaq məni dindirdilər. Qardaşıma dedilər ki, 1-2 günə onu da dindirəcəklər. Mən İntiqam Əliyev və digər QHT rəhbərlərinin işi ilə bağlı dindirildim. Suallara cavab verdim. İstintaq sirri olduğundan geniş məlumat verə bilmirəm”,- deyə Nərmin Əliyeva bildirib.

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

“Amnesty International” onu «vicdan məhbusu» hesab edir.

Ana səhifəXəbərlərİntiqam Əliyevin qızı prokurorluqda dindirilib