Hüquqşünas Strasburqa yola düşüb
Sumqayıt Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə hüquqşünas İntiqam Əliyevin 10 gün müddətinə ölkədən çıxışına icazə verilib. Məlumatı Meydan TV-yə hüquqşünasın oğlu Nəcmin Kamil də təsdiqləyib.
İ.Əliyev Avropa Şurasının təşkilatçılığı ilə 6-7 iyunda keçirilən tədbirdə iştirak etmək üçün iyunun 5-də Strasburqa yola düşüb. O, Avropa Şurasına üzv ölkələrdə vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər mövzusunda keçirilən konfransın açılışında çıxış edəcək. Konfransın işində AŞ insan haqları komissarı, diplomatlar, ekspertlər, üzv ölkələrin hökumət və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər.