İntiqam Əliyevin məhkəməsi yanvarın 23-də keçiriləcək

Vəkillərdən biri və zərərçəkənlər prosesə gəlmədiyindən proses təxirə salınıb

Source:


Vəkillərdən biri və zərərçəkənlər prosesə gəlmədiyindən proses təxirə salınıb

Yanvarın 16-da hüquqşünas İntiqam Əliyevin işi üzrə hazırlıq iclası təxirə salınıb. Proses vəkillərdən biri və zərərçəkənlərin məhkəməyə gəlmədiyi üçün yanvarın 23-nə keçirilib.

Meydan TV-in məhkəməni izləyən əməkdaşı bildirib ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin önünə ictimai fəallar toplaşıb.

İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

O, ittihamları rədd edir, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.

Beynəlxalq hüquq müdafiə təşkilatları İ.Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Ana səhifə ▸ Xəbərlər ▸ İntiqam Əliyevin məhkəməsi yanvarın 23-də keçiriləcək