İntiqam Əliyevin məhkəməsi təxirə salındı(VİDEO)

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə həbsdə olan vəkil İntiqam Əliyevin işi üzrə məhkəmə təxirə salınıb.

Buna səbəb  hüquqşünasın vəkili Elton Quliyev və zərərçəkmiş kimi tanınan şəxslərin məhkəmədə iştirak etməməsi olub.

Proses yanvarın 23-də davam etdiriləcək.

İ.Əliyev 2014-cü ilin avqust ayında həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəVideoİntiqam Əliyevin məhkəməsi təxirə salındı(VİDEO)