İntiqam Əliyevin işi üzrə iradlar Avropa Məhkəməsinə göndərilib

Nils Mujnieks: “Həbs qətimkan tədbiri narazılara qarşı cəza alətinə çevrilib”

Source:

Nils Mujnieks: “Həbs qətimkan tədbiri narazılara qarşı cəza alətinə çevrilib”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə iradları Avropa İnsan Hüquqları Məhkəməsinə göndərib.

Komissarın ofisi 50 bənddən ibarət bu sənədi yayıb. “Turan”ın məlumatına görə, preambluada komissar hüquq müdafiəçilərinin Azərbaycandakı vəziyyətinə görə narahatlığını ifadə edir.

Bu zaman qeyd edilir ki, ölkədə tənqidi səslərin cinayət təqibi təcrübəsi geniş yayılıb.

Komissar 2014-cü ilin oktyabrında Kürdəxanı istintaq təcridxanasında hüquq müdafiəçisi İntiqam Əliyevlə görüşünü xatırladır.

Mujnieksin fikrincə, beynəlxalq təşkilatların çoxsaylı səylərinə baxmayaraq, Azərbaycanda insan hüquqları ilə problemlər həll olunmur.

Mujnieks belə bir nəticəyə gəlir ki, Azərbaycan hökuməti hüquq və azadlıqların təmin edilməsi üzrə beynəlxalq öhdəliklərinə riayət etmir.

Komissar hakimiyyəti sözügedən hüquqlara hörmət etməyə və öz ifadələrinə görə həbs edilmiş şəxsləri azad etməyə çağırır.

O, həmçinin Azərbaycanda qabaqlayıcı qətimkan tədbiri kimi həbsin özbaşına tətbiq edilməsi ilə bağlı narahatdır.

“Həbs qətimkan tədbiri narazılara qarşı cəza alətinə çevrilib”, deyə Mujnieks bildirib.

O qeyd edib ki, Əliyevin işinin ardınca hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, Leyla və Arif Yunusun işi üzrə iradlarını məhkəməyə göndərəcək.

“Bu repressiyalara dərhal son qoyulmalı və öz baxışlarına və vətəndaş fəallığına görə həbs edilmiş şəxslər azad edilməlidir”, deyə komissarın iradlarında bildirilir.

O, həmçinin İntiqam Əliyevin 2001-ci ildən etibarən Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan vətəndaşlarının şikayətləri üzrə 200-dən çox ərizə təqdim edib. Onların bəziləri üzrə artıq Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulması faktlarını təsdiq edən qərarlar qəbul edilib.

Bu yaxınlarda Avropa Məhkəməsi 2010-cu il parlament seçkiləri ilə bağlı 40 şikayətdən 20-si üzrə kommunikasiyaya başlayıb.

Əliyev müntəzəm olaraq AŞ nazirlərinə və Avropa Məhkəməsinin özünə Strasburq Məhkəməsinin qərarlarının icrasının gedişatı ilə bağlı məlumat verirdi.

Bu, Mujnieksin Azərbaycandan işlər üzrə AİHM-ə artıq ikinci müraciətidir.

Bir müddət əvvəl, fevralın 24-də o, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə iradlarını təqdim edib.

Ana səhifəXəbərlərİntiqam Əliyevin işi üzrə iradlar Avropa Məhkəməsinə göndərilib